Marcos 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İsa iflicə şəfa verir
1Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. 2O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. 3Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. 4Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. 5İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 6Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: 7«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 8İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 9Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? 10Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: 11«Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» 12Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
Levi şagirdlərə qoşulur
13İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. 14Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
15İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. 16Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 17İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Oruc barəsində sual
18Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» 19İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. 20Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
21Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 22Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
Şənbə günü haqqında təlim
23Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. 24Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» 25İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? 26O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». 27Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. 28Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».

Você sabia?
Perdão, um cobrador de impostos e o sábado
- Cafarnaum, a “cidade de Naum”, era uma cidade da Galileia que não é mencionada no Antigo Testamento. O dicionário bíblico de Easton (1897) diz que, depois de Jesus ser expulso de Nazaré, ela se tornou a “sua própria cidade”, o que combina com o relato de Marcos de que o povo soube que ele estava em casa e encheu a casa até não haver lugar nem fora da porta. Quatro homens então destelharam o telhado, abriram uma passagem e desceram um paralítico em sua maca.Fontes: Capernaum · o próprio texto bíblico
- O homem na coletoria era Levi, filho de Alfeu, cobrador de impostos em Cafarnaum. O dicionário bíblico de Easton (1897) diz que ele era conhecido como Levi e adotou o nome Mateus — um nome judeu comum depois do Exílio, que significa “dom de Deus” — possivelmente em grata lembrança do seu chamado. No mesmo dia, segundo o dicionário, ele ofereceu um grande banquete de despedida para Jesus e seus discípulos, e provavelmente para muitos antigos companheiros, o encontro que Marcos descreve com cobradores de impostos e pecadores.Fontes: Matthew · Alphaeus · o próprio texto bíblico
- Questionado porque seus discípulos colhiam espigas no sábado, Jesus falou de Davi entrando na casa de Deus e comendo os pães consagrados, lícitos apenas para os sacerdotes, “durante o sumo sacerdócio de Abiatar”, e compartilhando-os com seus companheiros famintos. O dicionário bíblico de Easton (1897) identifica Abiatar como filho do sumo sacerdote Aimeleque, que escapou quando seu pai e os sacerdotes de Nobe foram mortos, levou o éfode e se juntou a Davi na caverna de Adulão.Fontes: Abiathar · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org