Nations Bible

Marcos 1

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Ilustração artística — interpretação, não registro histórico.

Sobre este livro

Sobre Marcos

  • O Dicionário Bíblico de Easton (1897) identifica o evangelista como João, cujo sobrenome era Marcos. Marcos, ou Marcus, era seu nome romano e aos poucos substituiu o nome judeu João. Era filho de Maria, mulher de alguns recursos e influência, provavelmente nasceu em Jerusalém, onde ela morava, e era primo de Barnabé; do pai, diz o verbete, nada se sabe.Fontes: Easton: Mark
  • O Dicionário Bíblico de Easton (1897) não indica uma data para o Evangelho. Situa Marcos com Paulo e Barnabé na primeira viagem, por volta de 47 d.C., como auxiliar, a quem chama de ministro; ele voltou atrás em Perge, na Panfília, e cerca de três anos depois Paulo se recusou a levá-lo, o que provocou uma forte discussão com Barnabé. O verbete diz que depois se reconciliou, esteve com Paulo durante a primeira prisão em Roma, em seguida com Pedro na Babilônia — então, e por alguns séculos depois, uma das principais sedes de erudição judaica — e com Timóteo em Éfeso.Fontes: Easton: Mark
  • Sob os romanos, no tempo de Cristo, a Judeia era a mais meridional das três divisões da Palestina e parte da província da Síria, embora o nome às vezes designasse a Palestina inteira. Pôncio Pilatos, o sexto procurador da Judeia (26–36 d.C.), tinha sede em Cesareia, mas subia com frequência a Jerusalém; seu governo abrangeu os ministérios de João Batista e de Jesus.Fontes: Judea · Pontius Pilate
  • Os judeus chamavam a região de Galil; como os habitantes originais permaneceram ali por muito tempo, também foi chamada Galileia dos gentios, e a Galileia Superior se distinguia da Galileia Inferior, ao sul. Simão Pedro, de Betsaida, na costa ocidental do mar da Galileia, foi formado como pescador, e Tiago e João, filhos de Zebedeu, também trabalhavam como pescadores nesse lago.Fontes: Galilee · Simon Peter · James (Son of Zebedee) · John the Apostle
  • Easton considera provável que Marcos tenha sido convertido por Pedro na casa de sua mãe, em Jerusalém, onde Pedro, solto da prisão, encontrou muitos reunidos em oração, e observa que Pedro o chama de filho. O mesmo verbete também julga provável que o jovem mencionado em Marcos 14:51–52 fosse o próprio Marcos.Fontes: Easton: Mark

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Vəftizçi Yəhyanın gəlişi

1Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.

2Yeşaya peyğəmbərin kitabında belə yazılıb:

«Budur, Sənin önündə Öz elçimi göndərirəm.

O Sənin yolunu hazırlayacaq.

3Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. 5Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. 6Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.

7Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. 8Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».

İsanın vəftiz olunması və sınağa çəkilməsi

9O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. 10İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. 11Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».

12Ruh dərhal İsanı səhraya çəkib-apardı. 13O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

İsa xidmətinə başlayır

14Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi: 15«Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

İlk şagirdlər

16İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 18Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 19İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. 20İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur

21Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. 22Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 23Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: 24«Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!» 25Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 26Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. 27Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər». 28İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.

İsa çox adama şəfa verir

29Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. 30Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. 31İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.

32Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. 33Bütün şəhər əhalisi qapının yanına yığıldı. 34İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

İsa vəzini davam etdirir

35Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. 36Şimon və onun yanındakılar İsanın ardınca düşdülər. 37Onu tapıb dedilər: «Hamı Səni axtarır». 38İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm». 39Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.

İsa cüzamlıya şəfa verir

40Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən». 41İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» 42Dərhal bu adam cüzamdan sağalıb pak oldu, 43İsa o an onu yola salıb ciddi tapşıraraq 44belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar». 45Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O evangelho começa no Jordão e na Galileia

  • João, que aparece no deserto pregando um batismo de arrependimento, era de descendência sacerdotal. Seu pai, Zacarias, era sacerdote da turma de Abias, e sua mãe, Isabel, era das filhas de Arão; diz-se que seu nascimento ocorreu seis meses antes do de Jesus. A missão dele é descrita como tema de profecia em Isaías e Malaquias.Fontes: John the Baptist · o próprio texto bíblico
  • Simão e seu irmão André eram pescadores de Betsaida, na costa ocidental do mar da Galileia. André tinha sido discípulo de João Batista e já tinha levado Simão a Jesus; os irmãos continuaram trabalhando como pescadores até depois da prisão de João. Tiago e João eram filhos de Zebedeu, pescador galileu de certa posição em Cafarnaum, que tinha seus próprios empregados; eles o deixaram no barco com esses homens.Fontes: Simon Peter · Andrew · Zebedee · o próprio texto bíblico
  • O mar da Galileia, também chamado mar de Tiberíades, tem cerca de doze milhas e meia de comprimento e de quatro a sete milhas e meia de largura, e sua superfície fica 682 pés abaixo do Mediterrâneo. Jesus veio de Nazaré, na Galileia, para ser batizado; essa cidade não é mencionada no Antigo Testamento e era o lar de José e Maria. Sob os romanos, a Judeia era a mais meridional das três divisões da Palestina, e pessoas saíam ao encontro de João desde Jerusalém e do campo da Judeia.Fontes: Sea of Galilee · Nazareth · Judea · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículo 5
  • Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículos 5, 9
  • Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículo 5
  • Galilee · 32.760, 35.527 · versículos 9, 14, 28, 39
  • Nazareth · 32.702, 35.298 · versículos 9, 24
  • Sea of Galilee · 32.819, 35.590 · versículo 16

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.