Nations Bible

Marcos 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Əli qurumuş adamın şəfası

1İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi. 2Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox. 3İsa əli qurumuş adama dedi: «Qabağa çıx!» 4Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu. 5İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı. 6Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.

İsa xəstələrə şəfa verir

7İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. 8İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. 9İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 10Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. 11Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» 12Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

On İki şagird

13İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər. 14İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin, 15həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar. 16Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, 17Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, 18Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon 19və İsaya xəyanət edən Yəhuda İskaryot.

İsa və Baal-Zevul

20Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər. 21İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib. 22Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».

23İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər? 24Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz. 25Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz. 26Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar. 27Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.

28Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq. 29Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq». 30İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.

İsanın anası və qardaşları kimdir?

31İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar. 32Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər». 33İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?» 34Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 35Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Multidões, os Doze e a acusação de Satanás

  • Vários dos homens que Jesus designou como os doze tinham sido pescadores na Galileia. Simão, a quem ele deu o nome de Pedro, e seu irmão André eram de Betsaida; Tiago e João, filhos de Zebedeu, pescavam em sociedade com Pedro. Jesus chamou esses irmãos de Boanerges, “Filhos do Trovão”; o Dicionário Bíblico de Easton (1897) diz que provavelmente receberam esse nome por causa da ousadia e da energia deles.Fontes: Simon Peter · Andrew · James (Son of Zebedee) · o próprio texto bíblico
  • Pessoas se apertavam vindas da Galileia, da Judeia, de Jerusalém, da Idumeia, de além do Jordão e da região de Tiro e Sidom, porque tinham ouvido o que Jesus fazia. Tiro e Sidom eram antigas cidades fenícias no Mediterrâneo; Sidom ficava cerca de vinte e cinco milhas ao norte de Tiro. Sob os romanos, a Judeia era a mais meridional das três divisões da Palestina, distinta da Galileia.Fontes: o próprio texto bíblico · Tyre · Sidon · Judea
  • Escribas que tinham descido de Jerusalém diziam que Jesus estava possuído por Beelzebul e que expulsava demônios pelo príncipe dos demônios. Ele respondeu perguntando como Satanás pode expulsar Satanás. Satanás significa “adversário” ou “acusador”; no Novo Testamento o nome é usado de forma intercambiável com o diabo, e o Dicionário Bíblico de Easton (1897) também o chama de Beelzebub.Fontes: o próprio texto bíblico · Satan

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Galilee · 32.760, 35.527 · versículo 7
  • Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículo 7
  • Idumea · 31.525, 35.102 · versículo 8
  • Jerusalem · 31.777, 35.234 · versículos 8, 22
  • Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 8
  • Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 8
  • Tyre · 33.271, 35.196 · versículo 8

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.