Nations Bible

João 10

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Yaxşı çoban

1Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. 2Amma qapıdan girən qoyunların çobanıdır. 3Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. 4Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. 5Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». 6İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.

7İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 8Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.

17Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».

19Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»

Yəhudilərin İsa ilə mübahisəsi

22O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 23İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 24Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 25İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 26Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. 27Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 28Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 29Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 30Mən və Ata birik».

31Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 32İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 33Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 34İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 35Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 36Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 37Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 38Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 39Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.

40İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 41Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 42Bir çox adam da orada İsaya iman etdi.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O Bom Pastor

  • Na Festa da Dedicação, em Jerusalém, era inverno, e Jesus caminhava pelos pátios do templo, no Pórtico de Salomão. O nome Jerusalém, na forma dual do original, significa "posse da paz" ou "fundação da paz"; essa forma provavelmente se refere aos montes Sião e Moriá ou, como alguns supõem, à cidade alta e à cidade baixa. O nome hebraico de Salomão, Shelomoh, significa "pacífico".Fontes: o próprio texto bíblico · Jerusalem · Solomon
  • Uma cronologia dos episódios evangélicos situa o ensino do Bom Pastor em 29 d.C. e um tempo de ensino e cura, de Pereia a Jerusalém, em 30 d.C.Fontes: The Good Shepherd Teaching · Teaching and Healing in Perea to Jerusalem
  • Jesus voltou então para o outro lado do Jordão, ao lugar onde João tinha começado a batizar, e muitas pessoas ali creram nele. João era de linhagem sacerdotal: seu pai, Zacarias, era sacerdote da turma de Abias, e sua mãe, Isabel, era das filhas de Arão. O nascimento dele, seis meses antes do de Jesus, foi anunciado por um anjo; os que vinham diziam que João nunca fez sinal algum, mas que tudo o que dissera a respeito de Jesus era verdade.Fontes: o próprio texto bíblico · John the Baptist

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículo 22
  • Solomon’s Portico · Hoje: in Jerusalem · 31.777, 35.234 · versículo 23
  • Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 40

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.