Nations Bible

João 9

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Kor adamın sağalması

1İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 2Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» 3İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. 4Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. 5Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». 6Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. 7Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 8Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» 9Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 10Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 11O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 12Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.

Fariseylərin istintaqı

13Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. 14İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. 15Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». 16Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. 17Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi.

18Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. 19Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 20Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. 21Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». 22Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. 23Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.

24Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». 25O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». 26Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» 27Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» 28Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 29Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». 30O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. 31Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. 32Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. 33Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». 34Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.

Ruhani korluq

35O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?» 36O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» 37İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». 38O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. 39İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun».

40Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. 41İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O homem cego de nascença

  • O tanque de Siloé, para onde Jesus mandou o homem lavar-se, é explicado na narrativa como significando Enviado; uma nota sobre o lugar também traduz o nome como Enviado ou envio. Essa nota identifica o tanque com Birket Silwan, no vale inferior do Tiropeon, a sudeste do monte Sião. A água chegava até ele de modo intermitente por um canal subterrâneo sinuoso de 1750 pés, embora a distância direta fosse de apenas 1100 pés, a partir da Fonte da Virgem, e o tanque media 53 pés de norte a sul, 18 pés de largura e 19 de profundidade.Fontes: Siloam · o próprio texto bíblico
  • Os discípulos de Jesus supunham que alguém havia pecado, o homem ou os pais dele, porque ele nascera cego. Jesus respondeu que nem um nem outros haviam pecado e que isso acontecera para que as obras de Deus se manifestassem nele. Mesmo depois, alguns dos que interrogavam o homem falaram dele como nascido em pleno pecado.Fontes: o próprio texto bíblico
  • O dia em que Jesus fez lama e abriu os olhos do homem era um sábado, e os fariseus ficaram divididos: alguns diziam que ele não vinha de Deus, porque não guardava o sábado, enquanto outros perguntavam como um homem pecador poderia realizar tais sinais. Os pais do homem tiveram medo de dizer como ele agora via, porque quem confessasse Jesus como o Cristo seria expulso da sinagoga. Uma cronologia do acontecimento situa a cura em 29 d.C. e lhe atribui a duração de um dia.Fontes: o próprio texto bíblico · Blind Man Healed

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Siloam · Hoje: Pool of Siloam · 31.771, 35.235 · versículos 7, 11

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.