Nations Bible

João 11

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsa ölən Lazarı dirildir

1Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 2Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 3Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 4İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».

5İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 6Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 7Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 8Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 9İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 10Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 11İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 12Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 13İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 14Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 15Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 16«Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».

17İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 18Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. 19Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 20Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 21Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 22Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 23İsa ona «qardaşın diriləcək» dedi. 24Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 25İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 26yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 27Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».

28Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 29Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 31Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 32Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 33İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 34İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 35İsa ağladı. 36Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 37Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?»

38O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 39İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 40İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 43Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi.

45Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.

Fariseylərin İsanı öldürmək niyyətləri

47Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 48Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 49Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 50Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» 51O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 52təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 53Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.

54Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı.

55Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. 56Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» 57Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Lázaro ressuscitado em Betânia

  • João situa Betânia, a aldeia de Lázaro e de suas irmãs Maria e Marta, a pouco menos de duas milhas de Jerusalém. O dicionário bíblico de Easton (1897) a localiza na encosta sudeste do monte das Oliveiras, no caminho de Jericó, e diz que o nome vinha das palmeiras que ali cresciam e que a aldeia era conhecida como el-Azariyeh, “lugar de Lázaro”.Fontes: Bethany · o próprio texto bíblico
  • Tomé, um dos doze, também era chamado Dídimo, o equivalente grego do seu nome, que significa “gêmeo”. Quando Jesus resolveu voltar à Judeia, onde pouco antes tinham tentado apedrejá-lo, Tomé disse aos outros discípulos: “Vamos nós também, para morrermos com ele”.Fontes: Thomas · o próprio texto bíblico
  • Depois que alguns contaram o que Jesus tinha feito, os principais sacerdotes e os fariseus reuniram o Sinédrio, com medo de que, se todos cressem em Jesus, os romanos lhes tirassem o lugar e a nação. Caifás, sumo sacerdote naquele ano e, segundo o dicionário bíblico de Easton (1897), um saduceu que ocupou o cargo de 27 a 36 d.C., disse que era melhor que um homem morresse pelo povo do que perecesse a nação inteira. João diz que, como sumo sacerdote naquele ano, ele profetizava que Jesus morreria pela nação, e daquele dia em diante tramaram matá-lo.Fontes: Caiaphas · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículos 7, 8, 54
  • Jerusalem · 31.777, 35.234 · versículos 18, 54, 55
  • Ephraim · Hoje: Taybeh · 31.954, 35.300 · versículo 54

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.