Nations Bible

Isaiah 41

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Allahın İsrailə verdiyi təminat

1Rəbb deyir:

«Susun qarşımda, ey uzaq diyarlar!

Qoy ümmətlər yeni güc alsın,

Qoy yaxınlaşıb danışsınlar,

Məhkəmə üçün birgə toplaşaq.

2Ədalətli adamı şərqdən kim ayağa qaldırdı?

Kim ona xidmət etməyi əmr etdi?

Millətləri onun ixtiyarına kim verdi?

Padşahları kim məğlub etdi?

O öz qılıncı ilə

Onları torpağın tozuna çevirir,

Yayı ilə göyə sovrulan samana döndərir.

3O onları təqib edir,

Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir.

4Bunları kim etdi, tamamladı?

Əzəldən bəri nəsilləri çağıran kimdir?

Mən Rəbbəm, birinciyəm və sonuncularla da Mən Oyam».

5Uzaq diyarlar bunu görüb qorxdu,

Dünyanın ucqar yerləri lərzəyə gəldi.

Onlar yaxınlaşıb gəldilər,

6Hər kəs qonşusuna kömək edir,

Qardaşına «Cəsur ol!» deyir.

7Usta zərgəri ürəkləndirir,

Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır,

«Lehim yaxşı oldu» deyir.

Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər.

8Lakin sən ey qulum İsrail,

Seçdiyim Yaqub nəsli,

Dostum İbrahimin övladları!

9Səni dünyanın ucqar yerlərindən topladım,

Ən uzaq yerlərdən səslədim:

«Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.

10Qorxma, çünki Mən səninləyəm,

Dəhşətə gəlmə, çünki Allahın Mənəm.

Səni qüvvətləndirəcəyəm,

Sənə kömək edəcəyəm.

Sadiq sağ əlimlə sənə dayaq olacağam.

11Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq,

Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.

12Səninlə düşmənçilik edənləri axtaracaqsan,

Amma tapa bilməyəcəksən,

Səninlə vuruşanlar heç olacaq,

13Çünki sənin sağ əlindən tutub

«Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.

14«Ey torpaq qurdu olan Yaqub nəsli,

Ey İsrail əhli, qorxma!

Sənə kömək edəcəyəm» Rəbb bəyan edir.

Səni Satınalan İsrailin Müqəddəsidir.

15Budur, səni təzə, dişləri iti vəl edəcəyəm.

Sən dağları döyüb əzəcəksən,

Təpələri saman çöpü kimi sovuracaqsan.

16Sən onları sovurduqda külək aparacaq,

Qasırğa onları dağıdacaq,

Sənsə Rəbdə sevinəcəksən,

İsrailin Müqəddəsi ilə öyünəcəksən.

17Məzlumlar və fəqirlər

Su axtarıb tapmayanda

Dilləri susuzluqdan quruyur.

Mən Rəbb onlara cavab verəcəyəm.

Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.

18Çılpaq təpələrdən çaylar,

Vadilərdə su mənbələri açacağam.

Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm.

19Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm.

Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.

20Beləcə insanlar görüb bilsin,

Birgə fikirləşib başa düşsün:

Bunu edən Rəbbin əlidir,

Bunu yaradan İsrailin Müqəddəsidir.

Rəbb bütlərə səcdə etməyin əleyhinədir

21Rəbb deyir: «İşinizi təqdim edin,

Sübutlarınızı göstərin»,

Bunu Yaqubun Padşahı söyləyir.

22Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin,

Olub-keçənləri bizə nəql etsin,

Biz dərindən düşünüb sonunu öyrənək.

Yaxud onlar gələcəyi bizə agah etsin.

23Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın,

Qoy sizin allah olduğunuzu bilək!

Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək.

24Amma siz heç nəsiniz, əməlləriniz də heçdir.

Sizə səcdə etməyi seçən iyrəncdir!

25Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir.

O, gündoğandan adımı çağıracaq.

Dulusçu gili tapdalayan kimi

O, hökmdarları palçıq kimi tapdalayacaq.

26Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək,

Əvvəlcədən kim bildirdi ki,

Biz «O haqlıdır» deyə bilək?

Amma bunu bəyan edən yox idi,

Bildirən yox idi,

Sözlərinizi eşidən də yox idi.

27İlk olaraq Siona «budur, budur onlar» deyirəm.

Yerusəlimə müjdəçini göndərəcəyəm.

28Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki,

Onlardan soruşum, bir cavab alım.

29Budur, hamısı puçdur,

Etdikləri işlər də heç bir şeydir,

İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.

Did you know?

The Sovereign God and the Trial of Idols

  • In Isaiah 41, the Lord summons the coastlands and nations to a courtroom assembly, challenging pagan deities to predict future events or perform deeds to prove their divinity (Isaiah 41:1, 21–24). The passage also satirizes the manufacturing of idols, describing metalworkers and craftsmen hastily encouraging one another and nailing down carved statues so they will not topple over (Isaiah 41:6–7).Sources: the Bible text itself
  • God addresses Israel as His chosen servant and the offspring of Abraham, whom He calls 'My friend' (Isaiah 41:8). Although Israel is addressed as small and fragile—likened to a worm—the text offers comfort, promising divine presence, help, and the miraculous flourishing of water and trees across parched desert heights (Isaiah 41:10, 14, 17–19).Sources: Abraham · Jacob (Israel) · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verse 27
  • Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 27

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.