Isaiah 42
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Rəbbin qulu
1Budur, Mənim saxladığım, seçdiyim qulum!
Könlüm ondan razıdır!
Mən Öz Ruhumu onun üzərinə qoymuşam.
O, millətlərə ədalət gətirəcək.
2Çığırmayacaq, səsini qaldırmayacaq,
Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3Əzilmiş qamışı qırmayacaq,
Tüstülənən piltəni söndürməyəcək.
O, ədaləti sədaqətlə yayacaq.
4O, yer üzündə ədaləti quranadək
Ümidini, cəsarətini itirməyəcək,
Uzaq diyarlar onun qanununa etibar edəcək.
5Göyləri yaradıb onları sərən,
Yeri və onun üzərindəkiləri düzəldən,
Dünyadakı adamlara nəfəs verən,
Yer üzündə gəzən insanlara ruh verən
Rəbb Allah belə deyir:
6«Mən Rəbb salehliyimlə səni çağırdım,
Səni əlindən tutacağam,
Səni qoruyacağam,
Səni xalqım üçün əhd edəcəyəm,
Millətlərə nur edəcəyəm ki,
7Korların gözlərini açasan,
Zindandan dustaqları,
Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8Mən Rəbbəm, adım budur.
Öz izzətimi heç kimə vermərəm,
Həmdlərimi bütlərə bəxş etmərəm.
9Budur, əvvəlki işlər həyata keçdi,
İndi Mən təzə işləri bəyan edirəm,
Onlar yetişməmişdən əvvəl
Sizi xəbərdar edirəm».
Şükür ilahisi
10Ey dəniz səyyahları, dənizdəki canlılar,
Uzaq diyarlar və orada yaşayanlar,
Rəbbə yeni ilahi oxuyun!
Dünyanın ən ucqar yerlərindən
Ona həmdlər gətirin!
11Qoy səhra və oradakı şəhərlər,
Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın,
Sela sakinləri tərənnüm nəğməsi söyləsin,
Dağların zirvəsindən qışqırsın.
12Hamı Rəbbi izzətləndirsin,
Uzaq diyarlar da Ona həmd etsin.
13Rəbb cəsur igid kimi çıxacaq,
Cəngavər kimi qeyrətə gələcək,
Çığırıb döyüş nərəsi çəkəcək,
Düşmənlərinə Öz qüdrətini göstərəcək.
Rəbb Öz xalqına kömək etməyi vəd verir
14Rəbb deyir:
«Xeyli vaxtdır ki, dinmirəm,
Susuram, səbir edirəm,
İndi isə doğuş ağrısı çəkən qadın kimi
Qışqıracağam, təngnəfəs olub zarıyacağam.
15Dağları, təpələri dağıdacağam,
Bütün yaşıllıqlarını qurudacağam,
Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16Korları tanımadıqları yolla aparacağam,
Onlara bilmədikləri yollarda rəhbər olacağam.
Qaranlığı qarşılarında işığa,
Kələ-kötür yolları düzənliyə çevirəcəyəm.
Bu şeyləri onlar üçün edəcəyəm,
Onları tərk etməyəcəyəm.
17Oyma bütlərə güvənənlər,
Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər
Geri qaytarılıb utandırılacaq.
Kor və kar İsrail
18Ey karlar, eşidin!
Ey korlar, baxın, görün!
19Qulum qədər kor olan varmı?
Göndərdiyim qasid qədər kar olan varmı?
Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20Siz çox şey gördünüz, amma nəzərə almadınız,
Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21Rəbb Öz salehliyi naminə
Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22Lakin bu qarət olunmuş, soyulmuş xalqdır.
Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır.
Onlar ovlanıb və qurtaranları yoxdur.
Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
23Sizdən kim buna qulaq asacaq,
Gələcəkdə kim diqqətlə dinləyəcək?
24Yaqub nəslini, İsraili soyğunçular əlinə
Kim qarət edilmək üçün təslim etdi?
Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi?
Onlar Onun yolları ilə getmək istəmədi,
Qanununa qulaq asmadı.
25Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı.
Od onları dövrəyə aldı,
Amma onlar anlamadılar,
Onları yandırdı,
Amma ona ciddi fikir vermədilər.

Did you know?
The Servant of the LORD and the Global Song of Praise
- Isaiah 42 introduces God's chosen Servant, appointed to bring justice quietly to the nations and serve as a light to prisoners without breaking a bruised reed. Later in the same chapter, Israel is also addressed as a servant, though portrayed as blind, deaf, and plundered for not obeying God's law.Sources: the Bible text itself
- The prophetic call to praise extends to remote desert regions, specifically naming the settlements of Kedar and the cliffs of Sela. Kedar designates nomadic Arab tribes who dwelled in black hair-tents in northwestern Arabia, while Sela, meaning rock, was a capital stronghold in Edom, later known in history as Petra.Sources: the Bible text itself · Kedar · Sela
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Kedar · 29.811, 39.868 · verse 11
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org