Isaiah 40
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Təsəlliverici sözlər
1Allahınız deyir:
«Təsəlli verin xalqıma, təsəlli verin!
2Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin!
Əsirlik dövrünün qurtarmasını,
Təqsirlərinin əvəzinin verilməsini,
Bütün günahlarına görə Rəbbin əlindən
İkiqat cəza aldıqlarını onlara bəyan edin».
3Nida edənin səsi gəlir:
«Səhrada Rəbbin yolunu hazırlayın,
Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
4Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
5Rəbbin əzəməti aşkar olunacaq,
Bütün bəşər bunu birlikdə görəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb.
6Səs deyir: «Bəyan et!»
«Nəyi bəyan edim?» deyə soruşdum.
«Bütün bəşər ota bənzər,
Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
7Rəbb nəfəsini üzərinə üfürəndə
Ot quruyar, çiçək solar,
Həqiqətən, bu xalq ota oxşar.
8Ot quruyar, çiçək solar,
Amma Allahımızın sözü əbədi qalar».
İsrail Allahı qüdrətlidir
9Ey Siona müjdə gətirən, yüksək dağa çıx!
Ey Yerusəlimə xoş xəbər gətirən,
Ucalt səsini, car çək,
Qaldır səsini, qorxma.
Yəhuda şəhərlərinə de:
«Budur Allahınız!»
10Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir,
O, qüdrətlə hökm edəcək,
Mükafatı Onunladır,
Ənamı önündədir.
11O Öz sürüsünü çoban kimi otaracaq,
Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək,
Sağmal heyvanların qayğısını çəkib otaracaq.
12Kim dənizləri ovcu ilə,
Göyləri qarışı ilə ölçüb?
Yerin torpağını ölçü ilə,
Dağları qapanla,
Təpələri tərəzi ilə kim çəkib?
13Rəbbin Ruhuna kim yol göstərdi?
Ona kim məsləhətçi olub öyrətdi?
14Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb?
Ədalət yolunu kimdir ona göstərən?
Kimdir Rəbbə bilik verən?
Kimdir Ona dərrakə yolunu anladan?
15Rəbb üçün millətlər vedrədə bir damla su kimidir,
Tərəzidə toz zərrəsi kimi sayılar,
Budur, adaları da toz kimi göyə sovurar.
16Qurbanları yandırmaq üçün
Livan meşəsi kifayət deyil,
Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil.
17Rəbbin önündə bütün millətlər heçdir,
Bu Onun önündə heçdən də az, boş sayılar.
18Bəs onda Allahı kimə bənzədərsiniz?
Onu nəyə oxşadarsınız?
19Bütəmi? Onu usta tökür,
Zərgər qızılla örtür,
Gümüş zəncirlərlə bəzəyir.
20Belə təqdimi gətirə bilməyən yoxsul adam
Çürüməyən bir ağac seçər,
Məharətli usta tapar ki,
Yerindən tərpənməyən büt düzəltsin.
21Məgər siz bilmirsiniz?
Məgər eşitməmisiniz?
Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi?
Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi?
22Rəbb göy qübbəsinin üstündə oturur,
Yer üzündə yaşayanlar çəyirtkə kimidir.
Göyləri tül pərdə kimi açır,
Onları yaşamaq üçün çadır kimi qurur.
23Rəbb padşahları heç edər,
Dünya hökmdarlarını heçə endirər.
24Onlar yenicə basdırılan, yenicə əkilən,
Gövdələri yenicə kök salan ağaclara bənzəyər.
Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar,
Qasırğa onları saman çöpü kimi sovurar.
25«Bəs Məni onda kimə bənzədərsiniz ki,
Mən ona oxşayım?»
Deyir Müqəddəs Olan.
26Başınızı göylərə qaldırıb baxın:
Bunları kim yaratdı?
Rəbb göy cisimlərini sıraya düzüb çıxarar,
Onların hamısını adları ilə çağırar.
Bol qüvvəsinə, böyük qüdrətinə görə
Onlardan heç biri əskik olmaz.
27Ey Yaqub nəsli, ey İsrail!
Nə üçün «Rəbb başıma gələnləri bilmir,
Allahım mənim haqqıma diqqətsizlik edir?»
Deyib gileylənirsən?
28Məgər sən bilmirsən?
Məgər eşitməmisən?
Rəbb əbədi Allahdır,
Odur bütün dünyanı yaradan.
Nə yorulur, nə taqətdən düşür,
Onun ağlı dərkedilməzdir.
29O, yorğunlara güc verər,
Taqətsizlərin qüvvətini artırar.
30Hətta cavanlar yorular, taqətdən düşər,
İgidlər əldən düşüb titrəyər.
31Rəbbə ümid bağlayanlarsa
Yeni qüvvət alar,
Qanad açıb qartal kimi yüksəklərə uçar,
Qaçanda taqətdən düşməzlər,
Yol gedib yorulmazlar.
Did you know?
Comfort for God's People
- Isaiah 40 opens with a message of comfort for Jerusalem and Zion, declaring that the city's forced labor is ended and her iniquity pardoned. Zion, a prominent hill of Jerusalem associated with the City of David, is summoned to ascend a high mountain as a herald of good news to the towns of Judah.Sources: the Bible text itself · Jerusalem · Zion
- To emphasize the incomparable scale of the Creator, the chapter notes that even the vast timber and wildlife of Lebanon, the celebrated northern mountain range, would not suffice to provide wood and beasts for an adequate burnt offering.Sources: the Bible text itself · Lebanon
- The passage balances cosmic imagery of measuring the heavens and weighing the mountains with tender pastoral care, portraying God as a shepherd who gathers vulnerable lambs in his arms and gently leads nursing ewes.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Jerusalem · 31.777, 35.234 · verses 2, 9
- Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 9
- Lebanon · 33.540, 35.584 · verse 16
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org