Ezekiel 29
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Misirin əleyhinə peyğəmbərlik
1Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu: 2«Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki, 3Xudavənd Rəbb belə deyir:
“Ey öz çayları içində yatan
Böyük əjdaha Misir padşahı firon,
Mən sənin əleyhinəyəm.
Sən deyirsən: ‹Nil çayı mənimdir,
Onu özüm üçün yaratdım›.
4Sənin çənənə qarmaq keçirəcəyəm,
Çaylarındakı balıqları
Sənin pulcuqlarına yapışdıracağam.
Pulcuqlarına yapışmış balıqlarla birgə
Səni çaylarından çıxaracağam.
5Səni də, çaylarındakı bütün balıqları da
Səhraya atacağam.
Çöllərə düşəcəksən,
Yığılıb basdırılmayacaqsan.
Səni yem kimi vəhşi heyvanlara,
Göydəki quşlara verəcəyəm.
6Onda Misirdə yaşayan hər kəs
Biləcək ki, Rəbb Mənəm.
Çünki sən İsrail xalqı üçün
Qamışdan olan bir dəyənək oldun.
7Səndən yapışdıqları zaman
Qırılıb onların çiyinlərini yardın,
Sənə söykəndikləri zaman
Qopub onların bellərini burxutdun”.
8Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm. 9Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›. 10Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm. 11İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq. 12Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”.
13Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam. 14Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq. 15Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam. 16Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”».
17Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu: 18«Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu. 19Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq. 20Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir.
21“O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Did you know?
Prophecies Against Egypt and Pharaoh
- The expression "from Migdol to Syene" spanned the entire territory of Egypt, from the fortified city of Migdol in the northeast to Syene (modern Aswan) at the southern border adjoining Cush.Sources: Migdol · Syene · Cush · the Bible text itself
- The chapter references the prolonged military effort conducted by Nebuchadnezzar king of Babylon against the city of Tyre, prophesying that his army would seize the wealth of Egypt as payment for their labor.Sources: Nebuchadnezzar · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Egypt · 30.129, 31.308 · verses 2, 3, 6, 8, 9, 10, 12, 13, 14, 15, 16, 19, 20
- Nile · Today: Nile River · 31.465, 30.367 · verses 3, 4, 5, 9, 10
- Cush · Today: Cush 1 · 16.935, 33.751 · verse 10
- Syene · Today: Aswan · 24.089, 32.900 · verse 10
- Pathros · Today: Upper Egypt · 24.100, 32.700 · verse 14
- Babylon · 32.543, 44.422 · verses 18, 19
- Tyre · 33.271, 35.196 · verses 18, 20
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org