Ezekiel 30
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Rəbbin Misirliləri cəzalandırması
1Mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir:
“‹Ah, o gün› deyib fəryad edin,
3Çünki o gün yaxındır,
Rəbbin günü yaxındır.
O gün buludlu gündür,
Millətlərin qiyamət günüdür.
4Misirin üstünə qılınc gələcək,
Kuş əzab çəkəcək.
Misirdə adamlar həlak olanda
Ölkənin sərvəti qarət olunacaq,
O öz təməlindən dağılacaq.
5Misirlə birlikdə Kuş, Put, Lud,
Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları
Qılıncdan keçiriləcək”.
6Rəbb belə deyir:
“Misirə arxa olanlar yıxılacaq,
Onun qürurlandığı qüdrət çökəcək.
Miqdoldan Asvana qədər ərazidə
Qılıncdan keçiriləcəklər”
Xudavənd Rəbb belə bəyan edir.
7“Misir xaraba qalmış ölkələr kimi
Xaraba qalacaq.
Şəhərləri viran olmuş
Şəhərlər kimi viran olacaq.
8Mən Misiri oda təslim edəndə,
Ona kömək edənlər əziləndə
Biləcəklər ki, Rəbb Mənəm.
9O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!”
10Xudavənd Rəbb belə deyir:
“Babil padşahı Navuxodonosor vasitəsilə
Misirin sərvətinə son qoyacağam.
11O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə
Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək.
Misirə qarşı qılınc çəkəcək,
Ölkəni ölülərlə dolduracaq.
12Çayları qurudub,
Ölkəni pis adamlara satacağam.
Ölkəni də, orada olan hər şeyi də
Yadellilərin əli ilə viran edəcəyəm”
Mən Rəbb bunu söylədim.
13Xudavənd Rəbb belə deyir:
“Bütləri məhv edəcəyəm,
Nofdakı bütləri yox edəcəyəm.
Artıq Misirdə rəhbər qalmayacaq,
Ölkəni dəhşətə salacağam.
14Patrosu xarabalığa çevirəcəyəm,
Soanı oda verəcəyəm,
No şəhərini cəzalandıracağam.
15Qəzəbimi Misirin qalası olan
Sin üzərinə tökəcəyəm,
No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.
16Misiri oda verəcəyəm,
Sin ağrıdan qıvrılacaq,
No şəhərinin divarı yarılacaq.
Gündüz vaxtı Nofda
Düşmənlər cövlan edəcək.
17On şəhərinin və Pi-Besetin cavanları
Qılıncdan keçiriləcək.
Oradakı əhali sürgün olunacaq.
18Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman
Orada gündüz qaranlığa çevriləcək,
Qürurlandığı qüdrət məhv olacaq.
Şəhər buludlarla örtüləcək,
Qızları sürgün olunacaq.
19Beləcə Misiri cəzalandıracağam.
Onda biləcəklər ki, Rəbb Mənəm”».
20Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu: 21«Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin.
22Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. 23Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. 24Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək. 25Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm. 26Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Did you know?
Judgment on Egypt and Her Allies
- Ezekiel names Nebuchadnezzar, the king of Babylon, as the instrument chosen to bring ruin upon Egypt and defeat its multitudes.Sources: Nebuchadnezzar · the Bible text itself
- The oracle lists major religious and administrative centers across Egypt, including Memphis (Noph), Thebes (No), and the key fortified border city of Pelusium (Sin).Sources: Memphis · Pelusium · Thebes · the Bible text itself
- The prophecy also warns Egypt's regional allies and neighbors, such as Cush to the south, that they will share in the panic and collapse when Egypt falls.Sources: Cush · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Cush · Today: Cush 1 · 16.935, 33.751 · verses 4, 5, 9
- Egypt · 30.129, 31.308 · verses 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16, 18, 19, 21, 22, 23, 24, 25, 26
- Arabia · Today: Arabian Peninsula · 23.000, 46.000 · verse 5
- Libya · 32.821, 21.851 · verse 5
- Syene · Today: Aswan · 24.089, 32.900 · verse 6
- Babylon · 32.543, 44.422 · verses 10, 24, 25
- Nile · Today: Nile River · 31.465, 30.367 · verse 12
- Memphis · 29.849, 31.253 · verses 13, 16
- Pathros · Today: Upper Egypt · 24.100, 32.700 · verse 14
- Thebes · 25.721, 32.610 · verses 14, 15, 16
- Zoan · Today: Tanis · 30.977, 31.880 · verse 14
- Pelusium · Today: Tell el Farama · 31.043, 32.546 · verses 15, 16
- Heliopolis · Today: Ain Shams · 30.129, 31.308 · verse 17
- Pi-beseth · Today: Tell Basteh · 30.573, 31.510 · verse 17
- Tahpanhes · Today: Tell Defenneh · 30.861, 32.171 · verse 18
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org