Ezekiel 28
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Sur padşahının əleyhinə peyğəmbərlik
1Mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin:
‹Mən Allaham,
Dənizlərin qoynunda,
Allahın taxtında otururam›.
Ürəyində özünü Allah sandın,
Ancaq sən Allah deyil, insansan.
3Bax sən Danieldən daha müdriksən,
Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4Müdrikliyin və ağlınla özünə sərvət yığdın,
Xəzinələrinə qızıl-gümüş topladın.
5Ticarətdə çox bacarıqlı olduğun üçün
Öz sərvətini artırdın.
Var-dövlətin çoxalanda
Özünə qürrələndin”.
6Buna görə də Xudavənd Rəbb belə deyir:
“İndi ki ürəyində özünü Allah sandın,
7Mən də yadelliləri, ən rəhmsiz millətləri
Üstünə göndərəcəyəm.
Onlar sənin müdrikliyinin gözəlliyinə
Qılınc çəkib
Əzəmətini murdarlayacaq.
8Səni məzara endirəcəklər.
Sən dənizlərin qoynunda
Dəhşətli bir ölümlə məhv olacaqsan.
9Səni öldürənlərə də
‹Mən Allaham› deyəcəksənmi?
Səni öldürənlərin əlində
Sən Allah deyil, insansan.
10Yadellilərin əlində
Sünnətsizlərin ölümü ilə öləcəksən”.
Çünki Mən bunu söylədim,
Xudavənd Rəbb belə bəyan edir».
11Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
12“Sən kamilliyin möhürüsən,
Müdrikliyin bütöv,
Gözəlliyin qüsursuz idi.
13Sən Allahın bağçası olan
Eden bağında idin.
Cürbəcür qiymətli daşlarla –
Yaqut, topaz, almaz,
Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,
Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.
Qaxma və oyma işlərin qızıldan idi.
Bunlar yaradıldığın gün hazırlanmışdı.
14Sən məsh edilmiş, qoruyucu bir keruv idin.
Səni bunun üçün qoymuşdum.
Allahın müqəddəs dağının üstündə idin,
Odlu daşlar arasında gəzirdin.
15Yaradıldığın gündən
Səndə pislik tapılana qədər
Yollarında qüsursuz idin.
16Bol ticarətindən ötrü
İçin zorakılıqla doldu,
Sən günah etdin.
Buna görə də səni murdar bir şey kimi
Allahın dağından atdım,
Odlu daşların arasından qovdum,
Ey qoruyucu keruv!
17Gözəl olduğun üçün ürəyin qürurlandı,
Əzəmətinə görə müdrikliyini korladın.
Beləcə səni yerə atdım,
Padşahların önündə tamaşaya çevirdim.
18Çoxlu təqsir etdiyin üçün,
Ticarətdə əliəyriliyinə görə
Müqəddəs məkanlarını murdarladın.
Mən içindən bir od çıxardım ki,
Səni yandırıb məhv etsin.
Bütün seyr edənlərin gözü önündə
Səni torpaq üstündə külə çevirdim.
19Xalqlar arasında səni tanıyanlar
Fəlakətinə heyrət etdi.
Aqibətin dəhşətli oldu,
Artıq salamat qalmayacaqsan”».
Sidonun əleyhinə peyğəmbərlik
20Mənə Rəbbin bu sözü nazil oldu: 21«Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki, 22Xudavənd Rəbb belə deyir:
“Ey Sidon, Mən sənin əleyhinəyəm,
Sənin içində izzət qazanacağam.
Mən sakinlərini cəzalandırıb
Onların arasında müqəddəs tutulanda
Biləcəklər ki, Rəbb Mənəm.
23Əhalinin içinə vəba,
Küçələrinə qan göndərəcəyəm.
Hər tərəfdən onların üstünə gələn qılıncla
Vurulub həlak olacaqlar.
Onda biləcəklər ki, Rəbb Mənəm.
Allahın İsrail xalqına vədi
24İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. 26Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Did you know?
Prophecies Against Tyre and Sidon
- Ezekiel rebukes the ruler of Tyre for his arrogance fueled by immense commercial prosperity. Tyre was an ancient Phoenician city renowned for navigating the Mediterranean and gathering the commerce of the known world into its warehouses.Sources: the Bible text itself · Tyre
- The prophecy ironically asks if the ruler of Tyre considers himself wiser than Daniel, from whom no secret was hidden. While Daniel was known for his wisdom, Tyre's leader used his skill solely to amass gold, silver, and commercial wealth.Sources: the Bible text itself · Daniel
- Following the judgment against Tyre, Ezekiel prophesies against Sidon, located about twenty-five miles to the north. Sidon was the oldest Phoenician city and the mother city of Tyre, having a long history of oppressing Israel.Sources: the Bible text itself · Sidon · Tyre
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Tyre · 33.271, 35.196 · verses 2, 12
- Sidon · Today: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · verses 21, 22
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org