Romanos 4
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İbrahimin imanı
1Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? 2Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. 3Müqəddəs Yazı nə deyir?
«İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
4Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. 5Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır. 6Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
7«Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
8Rəbb tərəfindən təqsirkar sayılmayan insan
Nə bəxtiyardır!»
9Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 10Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl! 11O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 12Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
13Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi. 14Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı. 15Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
16Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
18Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». 19Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. 20Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. 21Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. 22Buna görə də imanı ona salehlik sayıldı. 23«Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; 24Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. 25İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.
Você sabia?
A fé de Abraão creditada como justiça
- O Dicionário Bíblico de Easton (1897) explica o nome Abraão como "pai de uma multidão". Este capítulo cita a promessa "Eu o constituí pai de muitas nações" e o chama de pai de todos os que creem, circuncidados ou não.Fontes: Abraham · o próprio texto bíblico
- Este capítulo ressalta que a fé de Abraão lhe foi creditada como justiça antes de ele ser circuncidado, e não depois. A circuncisão é descrita como sinal e selo dessa justiça, de modo que ele é pai tanto de quem crê sem ser circuncidado quanto dos circuncidados que seguem a mesma fé.Fontes: o próprio texto bíblico
- O Dicionário Bíblico de Easton (1897) explica o nome Sara como "princesa" e diz que ele foi dado quando se anunciou que ela seria a mãe do filho prometido. Este capítulo lembra Abraão, com cerca de cem anos, crendo na promessa de Deus mesmo com o ventre de Sara sem vida.Fontes: Sarah · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org