Nations Bible

Romanos 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Allahın sədaqəti

1Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? 2Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib. 3Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər? 4Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb:

«Sən Öz sözlərində haqlı çıxacaqsan,

Mühakimə etdiyin zaman qalib gələcəksən».

5Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? 6Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər? 7«Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər. 8Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.

Saleh olan yoxdur

9Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. 10Necə ki yazılıb:

«Saleh olan yoxdur,

Bir nəfər belə, yoxdur.

11Dərk edən bir kəs yoxdur,

Allahı axtaran yoxdur.

12Hamısı yoldan azıb,

Onlardan fayda yoxdur.

Bir nəfər də olsun

Yaxşı iş görən yoxdur».

13«Boğazları açıq qəbirdir,

Dilləri yalan danışır».

«Dodaqlarında gürzə zəhəri var».

14«Ağızları lənət və acı sözlərlə doludur».

15«Ayaqları qan tökməyə tələsir,

16Yollarında viranəlik və fəlakət var,

17Əmin-amanlıq yolu nədir, bilmirlər».

18«Onların gözündə Allah qorxusu yoxdur».

19Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. 20Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.

İman və salehlik

21Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. 22Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. 23Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub 24və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 25Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. 26Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.

27Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. 29Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. 30Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. 31Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.

Você sabia?

Todos sob o pecado, justificados pela fé

  • Romanos 3 começa perguntando qual é a vantagem de ser judeu e qual é o valor da circuncisão. A resposta é que há muita vantagem em todos os sentidos e, antes de tudo, que lhes foram confiadas as próprias palavras de Deus. O capítulo argumenta, então, que, se alguns não tiveram fé, essa falta de fé não anula a fidelidade de Deus.Fontes: o próprio texto bíblico
  • Para sustentar a acusação de que judeus e gregos estão igualmente sob o pecado, o capítulo reúne trechos introduzidos por “como está escrito”: não há justo, ninguém entende nem busca a Deus, a fala é descrita como engano e veneno, os pés se apressam para derramar sangue, e não há temor de Deus. O texto diz que a lei fala aos que estão debaixo dela, para que toda boca se cale e o mundo inteiro seja responsável diante de Deus, e que ninguém é justificado pelas obras da lei, porque a lei traz o conhecimento do pecado.Fontes: o próprio texto bíblico
  • Com as palavras “Mas agora”, o capítulo afirma que, à parte da lei, a justiça de Deus foi revelada, testemunhada pela Lei e pelos Profetas, e que ela vem pela fé em Jesus Cristo a todos os que creem, sem distinção. Todos pecaram e ficam aquém da glória de Deus, e são justificados gratuitamente pela sua graça, por meio da redenção que há em Cristo Jesus. A vanglória fica excluída pelo princípio da fé, não das obras; há um só Deus, que justifica os circuncidados pela fé e os incircuncisos por essa mesma fé, e o capítulo diz que essa fé sustenta a lei em vez de anulá-la.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.