Neemias 11
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Yerusəlim və digər şəhərlərinin əhalisi barəsində
1Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın. 2Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.
3Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi. 4Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı.
Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya, 5Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya. 6Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.
7Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və 8ondan sonra Qabbay, Sallay – 928 nəfər. 9Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.
10Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin, 11Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və 12məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və 13onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və 14onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.
15Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya. 16Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər. 17Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi. 18Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.
19Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.
20İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.
21Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.
22Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi. 23Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.
24Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.
25Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində, 26Yeşuada, Moladada, Bet-Peletdə, 27Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində, 28Ziqlaqda, Mekona ilə qəsəbələrində, 29En-Rimmonda, Sorada, Yarmutda, 30Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom vadisinə qədər idi.
31Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində, 32Anatot, Nov, Ananya, 33Xasor, Rama, Gittayim, 34Xadid, Sevoim, Nevallat, 35Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar. 36Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.
Você sabia?
A repovoação de Jerusalém
- Para repovoar Jerusalém após a reconstrução de seus muros, a comunidade lançou sortes para que uma de cada dez pessoas se mudasse para a cidade santa, enquanto as demais permaneciam nas cidades vizinhas. Aqueles que se voluntariaram de bom grado para morar em Jerusalém receberam uma bênção especial do povo.Fontes: o próprio texto bíblico · Jerusalem
- Os servos do templo habitavam na colina de Ofel, um promontório na encosta sul do monte do templo, situado entre os vales de Tiropeom e do Cedrom.Fontes: o próprio texto bíblico · Ophel
- Enquanto famílias selecionadas de Judá e Benjamim habitavam dentro da cidade, o restante da população se estabeleceu em cidades da região que se estendiam ao sul até Berseba.Fontes: o próprio texto bíblico · Beersheba · Benjamin (patriarch)
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 1, 2, 3, 4, 6, 22
- Second Quarter · Hoje: in Jerusalem · 31.777, 35.234 · versículo 9
- Ophel · 31.775, 35.236 · versículo 21
- Hebron · Hoje: Tel Rumeida · 31.525, 35.102 · versículo 25
- Jarmuth · Hoje: Tel Yarmuth · 31.708, 34.975 · versículo 29
- Lachish · Hoje: Tell ed Duweir · 31.565, 34.849 · versículo 30
- Valley of Hinnom · Hoje: Hinnom Valley · 31.769, 35.228 · versículo 30
- Ramah · Hoje: Al Ram · 31.854, 35.232 · versículo 33
- Lod · 31.950, 34.900 · versículo 35
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org