Nations Bible

Neemias 10

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Əhdi möhürləyənlərin siyahısı

1Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya, 2Seraya, Azarya, Yeremya, 3Paşxur, Amarya, Malkiya, 4Xattuş, Şevanya, Malluk, 5Xarim, Meremot, Avdiya, 6Daniel, Ginneton, Baruk, 7Meşullam, Aviya, Miyamin, 8Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.

9Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel, 10onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan, 11Mikeya, Rexov, Xaşavya, 12Zakkur, Şerevya, Şevanya, 13Hodiya, Bani, Beninu.

14Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani, 15Bunni, Azqad, Bevay, 16Adoniya, Biqvay, Adin, 17Ater, Xizqiya, Azzur, 18Hodiya, Xaşum, Besay, 19Xarif, Anatot, Nevay, 20Maqpiaş, Meşullam, Xezir, 21Meşezavel, Sadoq, Yaddua, 22Pelatya, Xanan, Anaya, 23Huşə, Xananya, Xaşşuv, 24Halloxeş, Pilxa, Şoveq, 25Rexum, Xaşavna, Maaseya, 26Axiya, Xanan, Anan, 27Malluk, Xarim, Baana.

28Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər 29əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular. 30And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq. 31Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.

32Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük. 33Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.

34Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi. 35Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq. 36Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik. 37Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır. 38Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq. 39Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Selando a aliança

  • O governador Neemias, juntamente com sacerdotes, levitas e líderes comunitários, colocou seu selo em um documento formal prometendo obediência à Lei de Moisés. O restante do povo, incluindo homens, mulheres e todos os filhos capazes de compreender, ratificou o compromisso com um juramento solene.Fontes: o próprio texto bíblico · Nehemiah
  • A comunidade comprometeu-se especificamente a guardar o sábado, recusando-se a comprar mercadorias ou cereais de povos vizinhos em dias santos. Eles também concordaram em deixar a terra descansar e perdoar dívidas a cada sete anos, além de evitar casamentos mistos com povos vizinhos.Fontes: o próprio texto bíblico
  • Para garantir o funcionamento regular do templo, o povo estabeleceu uma contribuição anual de um terço de siclo e lançou sortes para o fornecimento de lenha para o altar. Também assumiram o compromisso de entregar os dízimos e as primícias de suas colheitas, rebanhos e massas para sustentar sacerdotes e levitas.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.