Nations Bible

Mateus 11

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsa Məsih və Vəftizçi Yəhya

1İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.

2Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib 3Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 4İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: 5korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 6Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»

7Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 8Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. 9Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 10Bu o adamdır ki, onun haqqında yazılıb:

“Budur, Sənin önündə Öz elçimi göndərirəm,

O Sənin qabağında yolunu hazırlayacaq”.

11Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. 12Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. 13Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. 14Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. 15Qulağı olan eşitsin!

16Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və

“Biz sizə tütək çaldıq, sizsə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir. 18Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. 19Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».

Tövbə etməyən şəhərlər

20Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. 21«Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. 22Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 23Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. 24Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».

Yorğunlara Müjdə

25O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. 26Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 27Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.

28Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. 29Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. 30Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A pergunta de João e as cidades que não se arrependeram

  • Da prisão, João enviou seus discípulos para perguntar se Jesus era aquele que havia de vir. Jesus disse às multidões que João era mais do que um profeta — o mensageiro enviado adiante para preparar o caminho — e, se estivessem dispostos a aceitar, o Elias que havia de vir. Um dicionário bíblico chama João de precursor e diz que sua missão já era objeto de profecia, citando Isaías 40:3 e Malaquias 3:1; também apresenta Elias como o Elias do Novo Testamento.Fontes: o próprio texto bíblico · John the Baptist · Elijah
  • Em seguida, Jesus denunciou Corazim, Betsaida e Cafarnaum, onde havia realizado a maior parte de seus milagres, porque não se arrependeram. Um dicionário identifica Corazim com a atual Kerazeh, cerca de duas milhas e meia subindo o uádi Kerazeh a partir de Cafarnaum, e diz que Cafarnaum, ausente do Antigo Testamento, tornou-se a própria cidade de Jesus depois que ele deixou Nazaré. Situa Betsaida no lado leste do lago, duas milhas acima ao longo do Jordão, na Gaulanítide, ampliada por Filipe, o tetrarca, e chamada Júlias em honra da filha do imperador, embora alguns tenham suposto que havia apenas uma Betsaida, perto de onde o Jordão entra no lago.Fontes: o próprio texto bíblico · Chorazin · Capernaum · Bethsaida
  • Ele contrapôs essas cidades a Tiro e Sidom, que, segundo ele, teriam se arrependido há muito, em pano de saco e cinza, e a Sodoma, que, disse, ainda existiria até hoje. Sidom, na costa do Mediterrâneo, cerca de vinte e cinco milhas ao norte de Tiro, era a mais antiga cidade fenícia dali e a cidade-mãe de Tiro. Um dicionário afirma que o comércio do mundo inteiro se reunia nos armazéns de Tiro e que Sodoma, no vale de Sidim, foi destruída por fogo do céu de modo tão completo que não se encontrou vestígio dela.Fontes: o próprio texto bíblico · Sidon · Tyre · Sodom

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Galilee · 32.760, 35.527 · versículo 1
  • Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículos 21, 22
  • Tyre · 33.271, 35.196 · versículos 21, 22

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.