Lucas 22
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İsanı öldürmək üçün sui-qəsd hazırlanır
1Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. 2Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular.
Yəhudanın xəyanəti
3O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. 4O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. 5Onlar sevindilər və ona pul verməyə razı oldular. 6Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı.
Axırıncı şam yeməyi
7Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. 8İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi. 9Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?» 10İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. 11Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›” 12Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün». 13Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
14Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. 15İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. 16Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».
17Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. 18Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
19Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 20Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. 21Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. 22Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» 23Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. 25Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. 26Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. 27Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.
28Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. 29Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; 30belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Peterin inkarı əvvəlcədən bildirilir
31Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. 32Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». 33O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». 34Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».
35Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». 36Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 37Çünki sizə deyirəm: bu yazılmış olan
“Üsyankarlara tay tutuldu”
sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». 38Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
İsa Zeytun dağında dua edir
39İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. 40Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». 41İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. 42O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 43Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. 44İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. 45İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. 46O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
İsa həbs olunur
47İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. 48Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» 49İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» 50Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 51Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.
52İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? 53Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
Peter İsanı inkar edir
54İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. 55Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.
56Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». 57Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. 58Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» 59Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». 60Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm».
Elə o danışdığı an xoruz banladı. 61Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. 62Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
63İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. 64Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» 65Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.
İsa Ali Şuranın önündə
66Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. 67Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. 68Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz. 69Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». 70Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». 71Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».

Você sabia?
A ceia da Páscoa e a prisão
- O capítulo chama de Páscoa a Festa dos Pães Asmos, que se aproximava, e situa a refeição no dia em que o cordeiro da Páscoa devia ser sacrificado. Jesus enviou Pedro e João, ambos de Betsaida e ambos pescadores, para prepará-la; eles encontraram uma grande sala mobiliada no andar superior e, chegada a hora, ele se reclinou à mesa com os apóstolos.Fontes: o próprio texto bíblico · Simon Peter · John the Apostle
- Judas, um dos Doze, é chamado Iscariotes, sobrenome explicado como homem de Queriote, e é identificado como filho de Simão. O capítulo diz que Satanás — nome que significa adversário ou acusador — entrou nele; Judas então combinou com os principais sacerdotes e os oficiais do templo entregar Jesus por dinheiro, longe da multidão.Fontes: o próprio texto bíblico · Judas Iscariot · Satan
- Depois da refeição, Jesus foi, como de costume, ao Monte das Oliveiras, uma serra a leste de Jerusalém, assim chamada pelas oliveiras que cobrem suas encostas e separada da cidade pelo vale do Cedrom. Ele se afastou cerca de um tiro de pedra para além dos discípulos, ajoelhou-se e orou; então chegou uma multidão conduzida por Judas, e Jesus foi levado à casa do sumo sacerdote.Fontes: o próprio texto bíblico · Mount of Olives
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org