Lucas 21
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Dul qadının ianəsi
1İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. 2Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. 3İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 4Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Axır zamanın əlamətləri
5Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: 6«Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
7Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» 8İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. 9Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
10Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. 11Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
12Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. 13Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. 14Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. 15Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. 16Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. 17Mənim adıma görə hamı sizə nifrət edəcək. 18Amma başınızdan bir tük belə, əskik olmayacaq. 19Dayanıb dözməklə canlarınızı qurtarın.
20Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. 21O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. 22Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin. 23Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. 24Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
Bəşər Oğlunun zühuru
25Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. 26İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək. 27O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 28Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın: 30onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. 31Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 32Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 33Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
34Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. 35Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. 36Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
37İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 38Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.

Você sabia?
Jerusalém, o templo e os dias que virão
- Uma nota geográfica diz que o nome Jerusalém está no original em forma dual e significa “posse da paz” ou “fundação da paz”. Acrescenta que essa forma provavelmente se refere aos dois montes sobre os quais a cidade foi construída, Sião e Moriá, ou, como alguns supõem, à parte alta e à parte baixa da cidade, e chama Jerusalém de cidade de montanha entronizada sobre um baluarte montanhoso. Neste capítulo, Jesus diz que essa cidade será cercada por exércitos, ficará desolada e será pisada pelos gentios.Fontes: Jerusalem · o próprio texto bíblico
- Jesus manda que os que estiverem na Judeia fujam para os montes quando virem Jerusalém cercada de exércitos. Uma nota geográfica explica que, sob os romanos, no tempo de Cristo, Judeia designava a mais meridional das três divisões da Palestina, distinta da Galileia e da Samaria, embora o nome às vezes fosse usado para a Palestina em geral. Como província, incluía os territórios das tribos de Judá, Benjamim, Dã, Simeão e parte de Efraim, e fazia parte da Síria.Fontes: Judea · o próprio texto bíblico
- O capítulo não começa com exércitos, e sim com uma viúva pobre que põe duas pequenas moedas de cobre no tesouro do templo. Jesus diz que ela deu mais do que os ricos, que contribuíram daquilo que lhes sobrava, porque ela pôs tudo o que tinha para viver. Os discípulos então comentam as belas pedras e as ofertas consagradas do templo, e ele responde que não ficará pedra sobre pedra.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 20, 21, 24
- Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículo 21
- Mount of Olives · 31.778, 35.246 · versículo 37
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org