Nations Bible

Lucas 19

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsa ilə Zakkay

1İsa Yerixoya daxil olub oradan keçirdi. 2Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. 3İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. 4İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.

5İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». 6O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. 7Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» 8Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». 9İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 10Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».

Əmanət pul məsəli

11Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq. 12İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü. 13Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”. 14Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”.

15O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi. 16Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”. 17Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”. 18İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”. 19Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.

20Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım. 21Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”. 22Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi? 23Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?” 24Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” 25Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” 26O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq. 27Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»

İsanın Yerusəlimə girməsi

28İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. 29Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək 30dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 31Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».

32Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. 33Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» 34Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». 35Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. 36O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.

37İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. 38Onlar deyirdi:

«Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!

Göydə sülh, ən ucalarda izzət olsun!»

39İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» 40Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»

İsa Yerusəlim üçün ağlayır

41İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. 42O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. 43Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. 44Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».

İsa satıcıları məbəddən qovur

45İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı. 46Onlara belə dedi:

«“Mənim evim dua evi olacaq”

deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»

47İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı, 48amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

De Jericó a Jerusalém

  • Zaqueu, chefe dos cobradores de impostos e homem muito rico, é descrito como superintendente da alfândega em Jericó. A cidade produzia e exportava então uma quantidade considerável de bálsamo, de modo que o posto aduaneiro era importante e explicaria a sua riqueza. Jericó, “lugar de fragrância”, era uma cidade murada num vasto bosque de palmeiras na planície do Jordão, cerca de cinco milhas a oeste do rio.Fontes: Zacchaeus · Jericho · o próprio texto bíblico
  • Ao subir de Jericó, Jesus se aproximou de Betfagé e Betânia, no monte das Oliveiras, na estrada entre as duas cidades. Betânia, cerca de duas milhas a leste de Jerusalém, na encosta sudeste da serra, recebeu o nome das muitas palmeiras que ali cresciam; Betfagé, “casa do figo verde”, ficava perto e marcava o limite de uma jornada de sábado a partir de Jerusalém, dois mil côvados. O monte das Oliveiras deve o nome às oliveiras de suas encostas e se ergue a leste de Jerusalém, do outro lado do vale do Cedrom.Fontes: Bethphage · Bethany · Mount of Olives · o próprio texto bíblico
  • Ao aproximar-se e ver a cidade, Jesus chorou e lamentou que Jerusalém não tivesse conhecido, naquele dia, o que lhe traria paz. O nome é explicado como “possessão de paz” ou “fundamento de paz”; no original está no dual, provavelmente em referência aos dois montes sobre os quais a cidade foi construída, Sião e Moriá, ou, como alguns supõem, à cidade alta e à cidade baixa. É descrita como uma cidade montanhosa entronizada numa fortaleza de montanha.Fontes: Jerusalem · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Jericho · Hoje: Tell el Alayiq · 31.852, 35.436 · versículo 1
  • Jerusalem · 31.777, 35.234 · versículos 11, 28, 41
  • Mount of Olives · 31.778, 35.246 · versículos 29, 37

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.