Lucas 18
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Dul qadın və ədalətsiz hakim məsəli
1İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. 2O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. 3Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. 4Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, 5bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». 6Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. 7Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? 8Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Farisey və vergiyığan məsəli
9Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: 10«Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. 11Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. 12Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. 13Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” 14Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
İsa uşaqlara xeyir-dua verir
15Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 16Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 17Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Var-dövlət və Allahın Padşahlığı
18Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 19İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 20Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». 21Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 22İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 23Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.
24İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! 25Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» 27O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, 30bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
31İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. 32Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək 33və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək». 34Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
Kor adamın gözləri açılır
35İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. 36Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» 37Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». 38Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» 39Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 40İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: 41«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». 42İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». 43Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.

Você sabia?
Oração, humildade e misericórdia no caminho
- Quando Jesus se aproxima de Jericó, um cego está sentado à beira do caminho, pedindo esmola. O Easton's Bible Dictionary (1897) chama Jericó de “lugar de fragrância”: uma cidade murada no meio de um vasto bosque de palmeiras na planície do Jordão, cerca de cinco milhas a oeste do rio, e a cidade mais importante daquele vale.Fontes: o próprio texto bíblico · Jericho
- A multidão diz ao cego que Jesus de Nazaré está passando, e ele clama: “Filho de Davi, tem misericórdia de mim!” Davi, cujo nome se explica como “amado”, era o oitavo e mais novo filho de Jessé e cidadão de Belém; Nazaré, que não é mencionada no Antigo Testamento, era o lar de José e Maria.Fontes: o próprio texto bíblico · David · Nazareth
- Jesus chama os Doze à parte e lhes diz que estão subindo para Jerusalém, onde se cumprirá tudo o que os profetas escreveram sobre o Filho do Homem. O nome está na forma dual e significa “possessão de paz” ou “fundação de paz”, provavelmente em referência aos montes Sião e Moriá sobre os quais a cidade foi construída, embora alguns o liguem à cidade alta e à cidade baixa; Jerusalém também é chamada de cidade santa e descrita como uma cidade montanhosa.Fontes: o próprio texto bíblico · Jerusalem
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículo 31
- Jericho · Hoje: Tell el Alayiq · 31.852, 35.436 · versículo 35
- Nazareth · 32.702, 35.298 · versículo 37
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org