Isaías 60
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Sionun şərəfli gələcəyi
1Qalx, işıqlan, çünki nurun gəldi,
Rəbbin izzəti üzərinə gəldi!
2Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.
Amma Rəbb üzərinə nur saçacaq,
İzzəti səni əhatə edəcək.
3Millətlər sənin nuruna,
Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.
4Qaldır başını, bax ətrafına,
Hamı yığılıb yanına gəlir!
Oğulların uzaqdan gəlir,
Qızların qucaqda gətirilir.
5O vaxt bunu görüb üzün nur saçacaq,
Ürəyin sevincdən tez-tez çırpınacaq.
Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək,
Millətlərin sərvəti sənə gələcək.
6Dəvə sürüləri, Midyan və Efa köşəkləri
Torpaqlarını dolduracaq.
Bütün Səba xalqı gəlib
Qızıl və kündür gətirəcək,
Rəbbə həmdlər söyləyəcək.
7Qedarın bütün qoyun sürüləri yanına yığılacaq,
Nevayotun qoçları sənin əlinin altında olacaq,
Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək.
Şərəfli evimi daha da izzətləndirəcəyəm.
8Kimdir bunlar, bulud kimi,
Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
9Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə
Tarşiş gəmiləri başda olmaqla
Allahın Rəbbin şərəfinə,
Səni ucaldan İsrailin Müqəddəsi üçün
Sənin övladlarını qızıl-gümüşü ilə
Uzaqdan gətirən gəmilərdir bunlar.
10Əcnəbilər divarlarını tikəcək,
Padşahları sənə xidmət edəcək.
Qəzəbimdə səni vurdumsa da,
Lütfümlə sənə mərhəmət edəcəyəm.
11Darvazaların həmişə açıq qalacaq,
Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki,
Millətlərin sərvəti sənə təqdim olunsun,
Padşahları yanına gətirilsin.
12Çünki sənə xidmət etmək istəməyən
Millət ya padşahlıq məhv olacaq,
Bəli, o millətlər tamamilə yox olacaq.
13Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları
Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün
Birgə yanına gətiriləcək,
Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
14Sənə zülm edənlərin övladları
Gəlib önündə təzim edəcək.
Sənə həqarətlə baxanların hamısı
Ayaqlarına düşüb səcdə edəcək.
Sənə Rəbbin şəhəri,
İsrailin Müqəddəsinin Sionu deyəcəklər.
15Səni tərk edib nifrət etdilər,
Yanından heç kim keçmirdi,
İndi isə Mən səni əbədi fəxr,
Nəsillər boyu sevinc edəcəyəm.
16Millətlər və padşahlar
Bir ana kimi sənə süd verəcəklər.
O vaxt biləcəksən ki, səni qurtaran Rəbb,
Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
17Sənə tunc əvəzinə qızıl,
Dəmir yerinə gümüş,
Ağac yerinə tunc,
Daş əvəzinə dəmir gətirəcəyəm.
Əmin-amanlığı başçın,
Salehliyi hökmdarın təyin edəcəyəm.
18Ölkəndən zorakılıq,
Sərhədlərindən viranəlik,
Qırğın xəbəri gəlməyəcək.
Divarlarını «Xilas»,
Darvazalarını «Həmd» adlandıracaqsan.
19Artıq gündüz günəş sənin işığın olmayacaq,
Gecə ay sənə aydınlıq verməyəcək.
Çünki Rəbb əbədi nurun,
Allahın sənin şöhrətin olacaq.
20Günəşin batmayacaq, ayın gizlənməyəcək,
Çünki Rəbb əbədi nurun olacaq,
Sənin yaslı günlərin qurtaracaq.
21Bütün xalqın saleh olacaq,
Torpağı əbədi mülk olaraq alacaq.
Onlar əkdiyim fidandır,
Şöhrətimi göstərmək üçün əlimin işidir.
22Ən kiçik ailədən böyük nəsil törəyəcək,
Azsaylı nəsil qüdrətli millət olacaq.
Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.

Você sabia?
A restauração gloriosa de Sião
- Sabá era um reino no sul da Arábia famoso pelo antigo comércio de ouro e especiarias, enquanto Midiã era uma tribo árabe nômade envolvida no comércio pelo deserto. Isaías 60 visualiza esses povos distantes chegando em caravanas de camelos, trazendo ouro e incenso para louvar ao Senhor.Fontes: Sheba · Midian · o próprio texto bíblico
- Quedar e Nebaiote remontam, nas genealogias bíblicas, aos filhos de Ismael, sendo Quedar o nome de tribos árabes pastoris e nômades do noroeste da Arábia, conhecidas por seus rebanhos e tendas negras. Nessa visão profética, suas ovelhas e carneiros são levados a Jerusalém para serem aceitos como ofertas no altar.Fontes: Kedar · Nebajoth · Kedar · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 1, 14
- Ephah · Hoje: Midian · 28.495, 35.012 · versículo 6
- Midian · 28.495, 35.012 · versículo 6
- Sheba · 15.348, 44.206 · versículo 6
- Kedar · 29.811, 39.868 · versículo 7
- Lebanon · 33.540, 35.584 · versículo 13
- Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículo 14
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org