Isaías 59
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Günah və etiraf
1Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin,
Qulağı kar deyil ki, eşidə bilməsin.
2Lakin şər əməlləriniz
Allahınızla sizin aranızda ayrılıq saldı.
Günahlarınıza görə Onun üzü sizdən döndü,
O səsinizi eşitmir.
3Çünki əlləriniz qanla,
Barmaqlarınız şər əməllərlə murdarlanıb.
Dodaqlarınız yalan danışır,
Diliniz pislik söyləyir.
4Məhkəmədə ədalətlə işə baxan yoxdur,
Doğruluqla özünü müdafiə edən yoxdur,
Boş sözlərə güvənirlər, aldadırlar,
Əziyyətə hamilə olub pislik doğurlar.
5Gürzə yumurtalarına qırt yatırlar,
Hörümçək toru toxuyurlar.
O yumurtalardan yeyən ölür,
Qırılan yumurtalardan əfi ilan çıxır.
6Onların toxuduğu hörümçək torundan paltar çıxmaz,
Toxuduqları parça ilə özlərini örtə bilmirlər.
Elədikləri əməllər şər əməllərdir,
Əllərində zorakılıq işləri var.
7Ayaqları pis işlər etməyə tələsir,
Günahsız qan tökməyə cəlddir.
Fikirləri, niyyətləri şər əməllərdir,
Yollarında viranəlik, qırğın var.
8Əmin-amanlıq yolu nədir, onlar bilmirlər,
Getdikləri yolda ədalət yoxdur,
Özlərinə əyri yol seçdilər,
O yoldan gedənlərin heç biri
Əmin-amanlıq nədir bilmir.
9Buna görə ədalət bizdən uzaqlaşıb,
Salehliyə çata bilmirik.
İşıq ümidindəyik, lakin qaranlıqdayıq,
Aydınlıq gözləyirik, zülmətdə yeriyirik.
10Kor kimi əllərimizlə divarı yoxlayırıq,
Gözü görməyənlər tək yol axtarırıq.
Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik,
Güclülər arasında ölülər kimiyik.
11Hamımız ayı kimi nərildəyirik,
Göyərçin tək inildəyirik.
Ədalət gözləyirik, lakin heç bir şey yoxdur.
Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.
12Çünki Önündə üsyankarlığımız böyükdür,
Günahlarımız bizə qarşı şəhadət edir.
Üsyankarlığımız bizi dövrəyə alıb,
Şər əməllərimizdən xəbərdarıq.
13Üsyankar olub Rəbbi rədd etdik,
Allahımızın ardınca getmədik,
Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq,
Yalan kəlmələri ürəyimizdə gizlətdik,
Sonra aşkara çıxartdıq.
14Ədalət geri çəkildi,
Salehlik uzaqda durdu,
Çünki həqiqət şəhər meydanında yıxıldı,
Dürüstlük aramıza daxil ola bilmir.
15Həqiqət heç bir yerdə yoxdur,
Şərdən uzaq duran talan olunur.
Rəbb xalqını qurtaracaq
Rəbb bunları gördü,
Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.
16Rəbb gördü ki, heç kim yoxdur,
Havadarın olmadığına görə O mat qaldı.
Onda Onun qolu Ona zəfər gətirdi,
Salehliyi Ona dayaq oldu.
17O, salehliyi zireh kimi geydi,
Qurtuluş dəbilqəsini başına taxdı.
Qisas geyimlərini geydi,
Qeyrət libasına büründü.
18O hər kəsə əməllərinə görə əvəz verəcək.
Düşmənlərinə qəzəblə, yağılarına,
Uzaq diyarlara qisasla əvəz verəcək.
19Beləcə qərbdən şərqədək adamlar
Rəbbin adından və əzəmətindən qorxacaq.
Çünki düşmən azğın bir çay kimi gəldikdə
Rəbbin nəfəsi onu qovacaq.
20Rəbb bəyan edir: «Satınalan Siona gələcək,
Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək».
21«Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir.

Você sabia?
A Justiça Divina e o Redentor de Sião
- Para ilustrar a profunda degradação moral e o colapso da justiça civil, a passagem emprega metáforas vívidas, descrevendo a verdade tropeçando na praça pública e pessoas tateando ao longo das paredes como cegos ao meio-dia.Fontes: o próprio texto bíblico
- Ao constatar que nenhum defensor ou intercessor humano se levantou para defender a justiça, o texto retrata Deus armando-se para intervir, vestindo a justiça como couraça, o capacete da salvação e um manto de zelo.Fontes: o próprio texto bíblico
- O capítulo promete que um Redentor virá a Sião—a colina fortificada a sudeste de Jerusalém, onde Davi ergueu sua cidadela—para resgatar aqueles entre os descendentes de Jacó que se converterem da transgressão.Fontes: o próprio texto bíblico · Zion · Jacob (Israel)
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículo 20
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org