Nations Bible

Isaías 49

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Rəbbin qulu çağırışını izah edir

1Ey uzaq diyarlar, Məni dinləyin!

Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!

Rəbb məni anadan olandan bəri çağırmışdı,

Ana bətnindən adımı yadına saldı.

2Ağzımı iti qılınc kimi etdi,

O məni əlinin kölgəsində gizlətdi.

O məni iti ox edib

Öz oxdanında saxladı.

3Mənə dedi: «Qulumsan, ey İsrail,

Mən səninlə izzətlənəcəyəm».

4Amma mən dedim:

«Mən boş yerə çalışdım,

Gücümü hədər yerə tükətdim.

Rəbb mənə yenə haqq qazandırır,

Mükafatım Allahımdadır».

5Rəbb məni qulu etmək üçün

Ana bətnində mənə quruluş verdi ki,

Yaqub nəslini Ona tərəf döndərim,

İsraili Onun önünə toplayım.

Onun gözündə hörmət qazandım,

Qüdrətim Allahım oldu.

Rəbb indi belə deyir.

6O deyir:

«Yaqub qəbilələrinin bərpası,

İsrailin sağ qalanlarının geri qayıtması üçün

Qulum olmağın kifayət deyil.

Səni millətlərə nur edəcəyəm ki,

Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».

Allah Öz qulunu ruhlandırır

7Adamların nifrət etdiyi,

Millətin həqarətlə baxdığı,

Hökmdarların qulu olan şəxsə,

İsrailin Satınalanı, Müqəddəsi,

Rəbb belə deyir:

«İsrailin Müqəddəsi,

Sadiq Rəbb səni seçdiyinə görə

Padşahlar səni görüb ayağa qalxacaq,

Əmirlər qarşında yerə səriləcək».

8Rəbb belə deyir:

«Münasib vaxtda sənə cavab verdim,

Xilas günü sənə kömək etdim.

Səni hifz edəcəyəm.

Səni xalqım üçün əhd edəcəyəm ki,

Dağılmış ölkəni bərpa edəsən,

İrs olaraq yenə sahiblərinə verəsən.

9Dustaqlara “çıxın”,

Zülmətdə oturanlara

“Özünüzü göstərin!” deyəsən.

Onlar yol boyunca quzu kimi bəslənəcək,

Hər çılpaq təpədə otlaq tapacaq.

10Onlar nə ac, nə də susuz qalacaq,

Qızmar isti və günəş onları vurmayacaq.

Çünki onlara mərhəmət edən yol göstərəcək,

Onları bulaqlara doğru yönəldəcək.

11Mən bütün dağlarımı yola döndərəcəyəm,

Yollarımı hamar edəcəyəm.

12Budur, xalqım uzaq yerlərdən,

Kimisi şimaldan, kimisi qərbdən,

Kimisi isə Sinim ölkəsindən gələcək».

13Tərənnüm edin, ey göylər,

Ey yer üzü, fərəhlən!

Ey dağlar, sevinc nidalarına qoşulun!

Çünki Rəbb xalqına təsəlli verəcək,

İztirab çəkənlərinə rəhm edəcək.

Sionun bərpası

14Amma Sion dedi: «Rəbb məni tərk etdi,

Xudavəndim məni unutdu».

15Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı?

Bətnindən çıxan oğluna rəhm etməzmi?

Ana öz körpəsini unutsa belə,

Mən səni əsla unutmaram.

16Mən sənin adını ovuclarımda həkk etmişəm,

Ey Sion, divarların daima önümdədir.

17Oğulların tələsib yanına gələcək,

Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.

18Qaldır başını, bax ətrafına:

Hamı yığılıb yanına gəlir.

Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki,

Onların hamısı sənin üçün bər-bəzək olacaq,

Gəlin kimi onları taxıb fəxr edəcəksən!

Allah İsrail xalqını bərpa edib artıracaq

19Xarabalığa, viranəliyə dönmüşdün,

Ölkən yerlə yeksan olmuşdu.

Amma indi bu torpaq sakinlərin üçün dar olacaq,

Səni xaraba qoyanlar səndən uzaqda duracaq.

20Sənin sürgündə doğulmuş övladların

Səsini ucaldıb belə deyəcək:

“Bu yer bizim üçün dar gəlir,

Yaşamaq üçün bizə yer ver”.

21Sən qəlbində deyəcəksən:

“Axı bunları mənim üçün kim doğdu?

Övladlarım itkin düşmüşdü, sonsuz oldum,

Sürgün edilmişdim, qovulmuşdum.

Belə isə bunları kim böyütdü?

Mən tək-tənha qalmışdım,

Bəs bunlar haradan gəlib-çıxdı?”»

22Xudavənd Rəbb belə deyir:

«Budur, Mən əlimi millətlərə

Bir işarə kimi uzadacağam,

Bayrağımı xalqlar arasında qaldıracağam.

Onlar sənin oğullarını qucağında,

Qızlarını çiyinlərində gətirəcək.

23Padşahlar sənə atalıq,

Mələkələr sənə analıq edəcək.

Üzüstə yerə sərilib sənə səcdə edəcəklər,

Ayaqlarının tozunu yalayacaqlar.

Onda biləcəksən ki, Mən Rəbbəm,

Mənə güvənənlər utanmayacaq».

24Məgər güclünün əlindən qənimət alına bilərmi?

Zorakının əlindən əsirlər qurtula bilərmi?

25Amma Rəbb belə deyir:

«Bəli, güclünün əlindən əsirlər də alına bilər,

Zorakının əlindən qənimət də götürülə bilər,

Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm,

Övladlarını Mən qurtaracağam.

26Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm,

Öz qanları ilə sərxoş olub

Şirin şərab içənlərin halına düşəcəklər.

Beləcə bütün bəşər biləcək ki,

Səni qurtaran Rəbb Mənəm.

Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Luz para as Nações e a Restauração de Sião

  • O Servo é comissionado não apenas para restaurar as tribos de Jacó e reunir Israel, mas também para ser luz para as nações, a fim de que a salvação divina alcance os confins da terra.Fontes: o próprio texto bíblico · Jacob (Israel)
  • Sião, a colina fortificada a sudeste de Jerusalém, lamenta ter sido abandonada pelo Senhor, mas Deus afirma que ela está gravada nas palmas de Suas mãos e ficará repleta com os filhos que retornam.Fontes: o próprio texto bíblico · Zion
  • O capítulo descreve o retorno de exilados de regiões distantes de todo o mundo, incluindo a terra de Assuã, historicamente conhecida como Sevene, cidade na fronteira sul do Egito às margens do Nilo.Fontes: o próprio texto bíblico · Syene

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Syene · Hoje: Aswan · 24.089, 32.900 · versículo 12
  • Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículo 14
  • Jerusalem · 31.777, 35.234 · versículo 16

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.