Isaías 48
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İsrailin inadkarlığı
1Ey Yaqub nəsli,
İsrail adı ilə çağırılan,
Yəhudanın belindən gələn,
Rəbbin adı ilə and içən,
İsrail Allahının adını etiraf edən,
Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil,
Buna qulaq as!
2Müqəddəs şəhərdən olduğunuza görə,
İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz.
Onun adı Ordular Rəbbidir.
3Olub-keçənləri əvvəldən Mən bəyan etdim.
Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim.
Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.
4Bilirdim inadkar olduğunuzu,
Dəmir boyunlusunuz, tunc alınlısınız.
5Bunları sizə qədimdən bəri bildirdim,
Baş verməmişdən əvvəl sizə xəbər verdim ki,
Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər
Bunları əmr etdilər” deməyəsiniz.
6Bunu eşitdiniz, indi isə hamısına nəzər salın.
Bəs bunu qəbul etməyəcəksiniz?
İndi isə Mən sizə yeni şeyləri,
Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.
7Bunlar indi yaradılır, keçmişdə yox.
Siz bunu bu günə qədər bilmədiniz,
Ona görə “bunu bilirdik” deyə bilməzsiniz.
8Siz bu barədə nə eşitmisiniz,
Nə də xəbəriniz olub,
Keçmişdən bəri qulaqlarınız bağlıdır.
Nə qədər xain olduğunuzu bilirəm,
Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram.
9Adım naminə qəzəbimi saxlayırdım,
Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.
10Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim,
Sizi iztirab ocağında çəkdim.
11Öz xatirimə, Öz xatirimə bunu edirəm.
Axı niyə Mənim adım küfrlə çəkilsin?
Mən Öz izzətimi heç kimə vermərəm.
Rəbb İsraili satın alır
12Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail!
Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam.
13Mənim əlim yerin təməlini qoydu,
Sağ əlim göyləri sərdi.
Mən onları çağıranda onlar birlikdə düzülür.
14Hamınız toplaşın, dinləyin!
Bütlərdən hansıdır bu şeyləri bəyan edən?
Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək,
Onun əli Xaldeylilərə qarşı qalxacaq.
15Mən, bəli Mən dedim,
Onu Mən çağırdım,
Onu gətirdim,
O öz yolunda uğurlu olacaq.
16Mənə yaxın gəlin, bunu dinləyin!
Başlanğıcdan bəri Mən açıq danışdım,
O vaxtdan indiyədək oradayam.
Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi».
17Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir:
«Allahın Rəbb Mənəm,
Mən sənin xeyrinə səni öyrədirəm,
Getdiyin lazım olan yolla səni aparıram.
18Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin!
Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı,
Salehliyin dəniz dalğaları kimi olardı.
19Nəslin dəniz qumu kimi,
Övladların qum dənələri kimi olardı.
Adları qarşımda nə pozulardı, nə də silinərdi».
20Babildən çıxın, Xaldeylilərin torpağından qaçın,
Sevinc səsi ilə bəyan edin, bunu bildirin,
Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın,
Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».
21Səhradan keçərkən susuzluq çəkmədilər.
Rəbb onlar üçün qayadan su axıtdı,
Qayanı yardı və oradan su fışqırdı.
22«Pislərə isə sülh yoxdur» Rəbb deyir.

Você sabia?
Purificação de Israel e saída da Babilônia
- Em Isaías 48, Deus explica que revelou profecias e as cumpriu repentinamente para que o povo obstinado não atribuísse esses acontecimentos a ídolos esculpidos ou de metal fundido. O anúncio tanto de coisas antigas quanto de coisas totalmente novas visava desmantelar qualquer alegação de poder idolátrico.Fontes: o próprio texto bíblico
- O capítulo exorta os exilados a fugirem da Babilônia e dos caldeus, uma região na Baixa Mesopotâmia situada na vasta planície banhada pelos rios Eufrates e Tigre. A Babilônia, localizada junto ao Eufrates, serviu como local de exílio até este chamado para partir com proclamação de alegria.Fontes: o próprio texto bíblico · Babylon · Chaldea
- Embora Deus fale em purificar a casa de Jacó na fornalha da aflição em vez de prata, o texto promete provisão divina em seu retorno, evocando a água que jorrou de uma rocha fendida no deserto.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org