2 Crônicas 4
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. 2O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. 3Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. 4Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. 5Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. 6Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.
7O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. 8On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. 9Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü. 10Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi. 11Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi.
Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
12iki sütun;
sütunların üstündə iki dəyirmi başlıq;
sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
13sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
14dayaqlar;
dayaqların üzərində on ləyən;
15bir hovuz;
onun altında on iki tökmə buğa;
16qazanlar, kürəklər və piyalələr.
Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. 17Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. 18Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
19Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi:
qızıl qurbangah;
təqdis çörəkləri qoyulan masalar;
20qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;
21xalis qızıldan güllər, çıraqlar və maşalar;
22xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar;
məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.

Você sabia?
Mobiliário para o Templo
- Os grandes objetos de bronze para o templo, incluindo o colossal reservatório conhecido como Mar e os doze bois que o sustentavam, foram fundidos em moldes de barro na planície do Jordão, entre Sucote e Zeredá (também chamada de Zartã). Esse complexo trabalho metalúrgico foi dirigido pelo mestre artesão Hurão-Abi.Fontes: o próprio texto bíblico · Hiram · Zeredah
- O grande Mar de metal fundido tinha a borda em forma de flor de lírio e continha água exclusivamente para a purificação dos sacerdotes antes do serviço sagrado. Dez bacias separadas eram reservadas para lavar as partes dos animais oferecidos em holocausto.Fontes: o próprio texto bíblico
- No interior do edifício do templo, Salomão colocou dez candelabros e dez mesas de ouro puro para os pães da proposição, além de portas de ouro para o Lugar Santíssimo e inúmeros utensílios dourados, como bacias, incensários e tesouras de pavio.Fontes: o próprio texto bíblico · Most Holy Place
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 17
- Most Holy Place · Hoje: on Mount Moriah · 31.778, 35.236 · versículos 20, 22
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org