Jeremías 18
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Yeremya dulusçunun evində
1Rəbdən Yeremyaya bu söz nazil oldu: 2«Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». 3Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. 4Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi.
5Mənə yenə Rəbbin sözü nazil oldu: 6«Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. 7Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə 8əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm. 9Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə 10əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm. 11İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”.
12Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».
13Buna görə Rəbb belə deyir:
«İndi millətlər arasında soruşun ki,
Kim belə sözlər eşitmişdir?
Bakirə qıza bənzəyən İsrail
Dəhşətli bir iş etdi.
14Livanın qarı qayalı dağ yamaclarından
Heç əskik olarmı?
Uzaqdan axan soyuq sular quruyarmı?
15Amma xalqım Məni unutdu,
Saxta allahlara buxur yandırdı.
Bu allahlar onların gedəcəyi yollarda,
Qədim yollarda büdrəmələrinə səbəb oldu,
Onları hamar olmayan
Dolanbac yollarda gəzdirdilər.
16Ölkələri viran ediləcək,
Əbədi kinayə hədəfinə çevriləcək.
Onda oradan ötən hər kəs
Heyrətə gəlib başını bulayacaq.
17Onları səmum küləyi kimi
Düşmən önündə pərən-pərən salacağam.
Onlara fəlakət günündə
Üzümü deyil, arxamı göstərəcəyəm».
18O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».
19Ya Rəbb, mənə yaxşı qulaq as,
Mənimlə çəkişənlərin sözünü eşit.
20Yaxşılığın əvəzində pislik edilərmi?
Onlar canımı almaq üçün quyu qazır.
Unutma, mən önündə ona görə dayanmışam ki,
Onlar üçün yaxşı şey istəyim,
Onlardan qəzəbini döndərim.
21Buna görə də onların övladlarını
Aclığa ver, qılınc ağzına təslim et.
Qadınları uşaqsız və dul qalsın,
Ərlərini ölüm aparsın.
Cavanlarını müharibədə qılınc öldürsün.
22Sən onların üzərinə
Qəflətən qarətçilər göndərəndə
Qoy evlərindən fəryad eşidilsin.
Çünki məni tutmaq üçün quyu qazdılar,
Ayağımın altında gizlincə tələ qurdular.
23Ancaq, ya Rəbb, məni öldürmək üçün
Qurduqları bütün qəsdləri Sən bilirsən.
Təqsirlərini bağışlama,
Günahlarını önündən silmə.
Sənin önündə yıxılsınlar,
Qəzəbin vaxtı onlara qarşı hərəkət et.

¿Sabías que…?
El Alfarero y el Barro
- En la casa del alfarero, Jeremías observa a un artesano remodelar en el torno una vasija estropeada para hacer otra vasija. El pasaje utiliza este oficio para ilustrar la autoridad divina y el juicio condicional: si una nación advertida se aparta del mal, el castigo se detiene, pero si obra mal, la bendición prevista se retira.Fuentes: el propio texto bíblico
- La profecía contrasta el abandono de Dios por parte de Israel con la constancia de la naturaleza, preguntando si la nieve del Líbano alguna vez abandona sus riscos rocosos. La cordillera del Líbano, cuyo nombre significa blanco, era célebre por sus elevadas cumbres y sus corrientes de aguas frescas.Fuentes: Lebanon · el propio texto bíblico
- La conspiración contra Jeremías surgió de opositores que presumían tener seguridad religiosa, alegando que la ley nunca faltaría al sacerdote, ni el consejo al sabio, ni la palabra al profeta. El mensaje de juicio de Jeremías desafiaba directamente esa confianza institucional.Fuentes: Jeremiah · el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Jerusalem · 31.777, 35.234 · versículo 11
- Lebanon · 33.540, 35.584 · versículo 14
- Mount Hermon · 33.400, 35.850 · versículo 14
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org