Jeremías 17
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Yəhudanın günahı və cəzası
1Yəhudanın günahı dəmir qələmlə yazıldı,
Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə
Almaz uclu alətlə həkk edildi.
2Onlar kölgəli ağacların yanında,
Yüksək təpələrdə, çöldəki dağlarda
Qurbangahlarına və Aşera bütlərinə
Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3Sənin mal-dövlətini,
Bütün xəzinələrini, səcdəgahlarını
Ölkənin hər tərəfində işlənən günahlardan ötrü
Qarətə təslim edəcəyəm.
4Sənə verdiyim irsi
Öz qəbahətinlə yox edəcəksən.
Tanımadığın ölkədə səni
Düşmənlərinə qul edəcəyəm.
Çünki siz Mənim qəzəbimdən
Od alışdırdınız,
O əbədi yanacaq».
5Rəbb belə deyir:
«O adam lənətlidir ki,
İnsana güvənir,
Bəşərin gücünə arxalanır,
Ürəyi Rəbdən ayrılır.
6O, çöldəki yulğun ağacı kimi olacaq,
Xeyir gələndə onu görməyəcək.
Səhrada olan quraq yerlərdə
Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7Nə xoşbəxtdir o adam ki
Rəbbə güvənir,
Rəbbi özünə arxa sayır.
8O, sular kənarında
Əkilmiş ağac kimi olacaq.
Elə ağac ki çay kənarında kök salar,
İsti gələndə qorxmaz,
Yarpağı həmişə yaşıl qalar,
Quraqlıq olan il qayğı çəkməz,
Bəhər verməkdən qalmaz».
9İnsan ürəyi hər şeydən hiyləgərdir,
Çarəsi yoxdur.
Onu kim başa düşə bilər?
10«Mən Rəbb ürəyi yoxlayıram,
İnsanın fikrini sınayıram ki,
Hər kəsə əməllərinə görə,
İşlərinin bəhrəsinə görə əvəz verim».
11Haqsızlıqla var-dövlət toplayan adam
Özünün yumurtlamadığı yumurtaların üstünə
Oturan kəklik kimidir.
Ömrünün ortasında var-dövləti əldən gedəcək,
Axırda o adam axmaq çıxacaq.
12Müqəddəs məkanımızdakı yer
Əvvəlcədən ucaldılmış izzət taxtıdır.
13Ya Rəbb, İsrailin Ümidgahı,
Səni tərk edənlərin hamısı utanacaq.
Rəbb deyir:
«Məndən üz döndərənlərin adı
Toz-torpağa yazılacaq,
Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».
14Ya Rəbb, mənə şəfa versən,
Mən sağalaram.
Məni xilas etsən,
Mən xilas olaram.
Çünki həmd etdiyim Sənsən.
15Bax onlar mənə
«Rəbbin sözü hanı?
Qoy yerinə yetsin!» deyir.
16Mən Sənin xidmətində
Çoban olmaqdan boyun qaçırmadım.
Bəla gününün gəlməsini istəmədim.
Sən bilirsən ki,
Ağzımdan nə çıxdısa,
Sənin gözünün önündədir.
17Məni dəhşətə salma,
Fəlakət günündə sığınacağım Sənsən.
18Qoy məni təqib edənlər utansın,
Mənsə utanmayım.
Qoy onlar qorxuya düşsün,
Mən isə qorxmayım.
Qara günü onların başına gətir,
Tamamilə qırılana qədər onları qır.
Şənbə gününə əməl edilməsi
19Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb 20onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. 21Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. 22Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. 23Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, 25o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. 26Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. 27Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».

¿Sabías que…?
La confianza, el corazón y el día de reposo
- El estilo de hierro y la punta de diamante eran herramientas antiguas utilizadas para grabar inscripciones profundas y permanentes en piedra o metal. Jeremías emplea esta imagen para resaltar que la idolatría de Judá no era superficial, sino que estaba profundamente grabada en sus corazones y en los cuernos de sus altares.Fuentes: el propio texto bíblico
- Jeremías contrasta un arbusto solitario en el desierto árido y salitroso con un árbol frondoso plantado junto a una corriente de agua. Un árbol cuyas raíces alcanzan el agua se mantiene verde y produce fruto incluso en años de sequía, representando a quienes confían en Dios en lugar de las fuerzas humanas.Fuentes: el propio texto bíblico
- Jeremías recibió la instrucción de proclamar el mensaje divino en las puertas de Jerusalén, prohibiendo el traslado de cargas en el día de reposo. Guardar este día aseguraba la continuidad de los reyes en el trono de David y la llegada de adoradores de la tierra de Benjamín, de Judá y del Neguev.Fuentes: el propio texto bíblico · David · Benjamin (patriarch) · Jerusalem
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Arabah · 30.417, 35.151 · versículo 6
- Jerusalem · 31.777, 35.234 · versículos 19, 20, 21, 25, 26, 27
- People’s Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 19
- Negeb · 31.245, 34.841 · versículo 26
- Shephelah · 31.692, 34.875 · versículo 26
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org