Isaías 8
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
İşarə: Maher-Şalal-Xaş-Baz
1Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz. 2Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim».
3Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. 4Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».
5Rəbb mənimlə yenə danışıb belə dedi:
6«Bu xalq sakit axan Şiloah sularını rədd edib
Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə
7Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını –
Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm.
Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.
8Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək,
Boğaza qədər çatacaq.
Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»
9Ey xalqlar, pis işlər görün və qırılın!
Ey yer üzünün bütün uzaq ölkələri, eşidin!
Döyüşə hazırlaşın və qırılın!
Bəli, döyüşə hazırlaşın və qırılın!
10Birlikdə məsləhətləşin, o boşa çıxacaq.
İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq,
Çünki Allah bizimlədir.
Rəbbin Öz xalqına xəbərdarlığı
11Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:
12«Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin,
Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.
13Ordular Rəbbini müqəddəs sayın,
Ondan qorxun və lərzəyə gəlin!
14O, Müqəddəs məkan olacaq,
Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası,
Yerusəlim sakinlərinə tələ və tor olacaq.
15Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq,
Tələyə düşüb əsir aparılacaq».
16Ya Rəbb, şagirdlərimin arasında
Şəhadətini qoruyub saxla, təlimini möhürlə!
17Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm,
Ona ümid edəcəyəm.
18Mən və Rəbbin mənə verdiyi övladlar
Sion dağında məskunlaşan Ordular Rəbbinin
İsraildəki rəmzləri və nişanələriyik.
19Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? 20Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. 21Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. 22Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».

¿Sabías que…?
La Inundación Inminente y la Señal Fiel
- El nombre Maher-salal-has-baz significa "el despojo se apresura; la presa se precipita". A Isaías se le ordenó registrar este nombre públicamente ante testigos confiables —el sacerdote Urías y Zacarías— y luego dárselo a su hijo recién nacido, como señal de que Damasco y Samaria pronto serían saqueadas por el rey de Asiria.Fuentes: el propio texto bíblico · Maher-shalal-hash-baz · Urijah
- El pasaje contrasta las aguas de Siloé, que fluyen suavemente en Jerusalén, con las caudalosas aguas del río Éufrates. Como el pueblo rechazó la confianza serena, la imagen representa al rey invasor de Asiria arrasando la tierra como una inundación devastadora que llega hasta el cuello.Fuentes: el propio texto bíblico · Shiloah · River · Assyria
- Isaías se presenta a sí mismo y a sus hijos como señales y símbolos vivos dados por el Señor a Israel. En un tiempo de crisis nacional, advierte al pueblo que no debe consultar a médiums ni a espiritistas que murmuran, insistiendo en que deben buscar a Dios y Su testimonio.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Assyria · 36.359, 43.153 · versículos 4, 7
- Damascus · 33.511, 36.306 · versículo 4
- Samaria · 32.276, 35.195 · versículo 4
- Shiloah · Hoy: Pool of Siloam · 31.771, 35.235 · versículo 6
- Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículo 7
- Jerusalem · 31.777, 35.234 · versículo 14
- Mount Zion · 31.772, 35.229 · versículo 18
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org