Isaías 7
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Padşah Axaza bir işarə: İmmanuel
1Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər.
2Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.
3Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». 4Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! 5Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq 6belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». 7Xudavənd Rəbb belə deyir:
«Bu iş olmayacaq, baş tutmayacaq.
8Çünki Aramın paytaxtı Dəməşqdir,
Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra
Darmadağın edilib xalq kimi qalmayacaq.
9Efrayimin paytaxtı Samariyadır,
Samariyanın başçısı isə ancaq Remalyanın oğludur.
Əgər imanda möhkəm durmasanız,
Heç dayana bilməzsiniz».
10Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. 11Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». 12Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». 13Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? 14Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. 15Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. 16Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. 17Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.
18O gün Rəbb fit çalacaq və
Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi,
Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.
19Onlar axın-axın gəlib dərin vadilərdə,
Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda,
Otlaqlarda məskunlaşacaq.
20O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə –
Aşşur padşahı ilə saçlarınızı,
Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.
21O gün bir düyə ilə bir cüt qoyun bəsləyən
22Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək.
Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.
23O gün min gümüş dəyərində min tənək olan
Bağ tikanlı, qanqallı çölə dönəcək.
24Adamlar oralardan oxlarla, kamanlarla keçəcək,
Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.
25Bir vaxt şumlanıb əkin əkilən təpələr
Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək,
Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».

¿Sabías que…?
La señal de Emanuel y la amenaza a Judá
- Durante el reinado de Acaz en Judá, el rey Rezín de Siria y el rey Pécaj de Israel formaron una alianza para sitiar Jerusalén e imponer un nuevo gobernante. Isaías instó a Acaz a no temerles, describiendo a ambos reyes como simples cabos de tizón que humean.Fuentes: el propio texto bíblico · Ahaz · Rezin · Pekah
- Isaías y su hijo Sear-jasub fueron enviados al encuentro de Acaz junto al acueducto del estanque superior, en el camino del Campo del Lavador. Ubicado al oeste de Jerusalén, este lugar abierto era utilizado para lavar y secar telas fuera de las murallas de la ciudad.Fuentes: el propio texto bíblico · Field · Isaiah
- Aunque Acaz buscó auxilio militar en Asiria contra sus vecinos del norte, Isaías advirtió que depender de imperios extranjeros terminaría trayendo la devastación asiria sobre la tierra de Judá.Fuentes: el propio texto bíblico · Ahaz
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 1, 6
- Syria · Hoy: Aram · 33.511, 36.306 · versículos 1, 2, 4, 5, 8
- Upper Pool · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 3
- Damascus · 33.511, 36.306 · versículo 8
- Samaria · 32.276, 35.195 · versículo 9
- Assyria · 36.359, 43.153 · versículos 17, 18, 20
- Egypt · 30.129, 31.308 · versículo 18
- Nile · Hoy: Nile River · 31.465, 30.367 · versículo 18
- Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículo 20
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org