Amós 7
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Çəyirtkə sürüsü barədə görüntü
1Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi. 2Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 3Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.
Alov barədə görüntü
4Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda 5mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 6Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.
Şaqul barədə görüntü
7Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi. 8Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.
9İshaqın nəslinin səcdəgahları xaraba qalacaq,
İsrailin Müqəddəs məkanları viran olacaq.
Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».
Amos və Bet-El kahini Amasya
10Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz. 11Çünki Amos belə deyir:
“Yarovam qılıncdan keçirilib öləcək.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».
12Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. 13Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».
14Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. 15Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”. 16İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən. 17Buna görə də Rəbb belə deyir:
“Sənin arvadın şəhərdə fahişəlik edəcək,
Oğulların və qızların qılıncdan keçiriləcək,
Torpağın ölçülüb paylanacaq.
Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.

¿Sabías que…?
Visiones de Juicio y el Enfrentamiento en Betel
- A diferencia de los profetas oficiales de su época, Amós era un pastor y cultivador de higos de sicómoro procedente de Tecoa, en Judá. Afirmó que no provenía de una corporación profética, sino que Dios lo llamó directamente mientras cuidaba el rebaño para profetizar en el reino del norte.Fuentes: el propio texto bíblico · Amos
- Betel funcionaba como un santuario real clave para el reino de Israel, donde los reyes sostenían cultos estatales. Amasías, sacerdote de ese lugar durante el reinado de Jeroboam II, interpretó los mensajes de Amós como conspiración política y le ordenó huir a Judá.Fuentes: el propio texto bíblico · Amaziah · Jeroboam · Bethel (of Palestine)
- Aunque el reinado de Jeroboam II trajo notable expansión territorial y prosperidad económica a Israel, las visiones de Amós anunciaron que la ruina de los santuarios y el exilio del pueblo eran inminentes.Fuentes: el propio texto bíblico · Jeroboam
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org