Nations Bible

Luke 24

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

İsanın dirilməsi

1Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. 2Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. 3Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. 4Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. 5Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? 6O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. 7Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». 8Qadınlar da İsanın sözlərini yada saldılar.

9Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. 10Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. 11Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. 12Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.

İsa iki şagirdə görünür

13Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. 14Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. 15Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. 16Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.

17İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. 18Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» 19İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. 20Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. 21Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. 22Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib 23Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. 24Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».

25Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! 26Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» 27Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.

28Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. 29Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.

30İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. 31Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. 32Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»

33Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. 34Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». 35Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

İsa On Bir şagirdə görünür

36Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. 37Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. 38Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? 39Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». 40İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 41Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» 42Ona bir tikə bişmiş balıq verdilər. 43İsa da yeməyi götürüb onların qabağında yedi.

44Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». 45Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. 46İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. 47Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. 48Siz bu hadisələrin şahidisiniz. 49Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».

İsanın göyə qaldırılması

50İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; 51xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. 52Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. 53Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Resurrection morning and the road to Emmaus

  • Luke describes Emmaus as a village about seven miles from Jerusalem. Easton's Bible Dictionary (1897) quotes that distance as three-score furlongs and records two identifications: el-Kubeibeh, over seven miles northwest of Jerusalem, whose name, 'little dome,' comes from the remains of a Crusaders' church still found there, and Khurbet Khamasa, 'the ruins of Khamasa,' about eight miles southwest, where Crusader ruins are also found.Sources: Emmaus · the Bible text itself
  • Mary Magdalene, Joanna, Mary the mother of James, and other women with them were the ones who told the apostles what had happened at the tomb. Mary Magdalene takes her name from Magdala, her birthplace, and Easton's Bible Dictionary (1897) calls it a mistake to identify her with the woman called 'a sinner' in Luke 7. Joanna, the wife of Chuza, steward of Herod Antipas, tetrarch of Galilee, was one of the women who ministered to Jesus, and the same dictionary says he appeared to her after the resurrection.Sources: Mary Magdalene · Joanna · the Bible text itself
  • One of the two disciples on the road is named Cleopas, a shortened form of Cleopatros. Easton's Bible Dictionary (1897) says that nothing definite is known about him, and that it is not certain he was the Clopas of John 19:25 or the Alphaeus of Matthew 10:3, although he may have been.Sources: Cleophas · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Galilee · 32.760, 35.527 · verse 6
  • Jerusalem · 31.777, 35.234 · verses 13, 18, 33, 47, 49, 52
  • Nazareth · 32.702, 35.298 · verse 19

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.