Luke 23
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
1Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 2Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». 3Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 4Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». 5Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır». 6Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» 7İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi. 8Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. 9Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. 10Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. 11Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. 12Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı. 13O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb 14onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. 15Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. 16Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm». 18Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» 19Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. 20Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. 21Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. 22Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». 23Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. 24Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. 25Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi. 26Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər. 27İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. 28İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. 29Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. 30“O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. 31Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?» 32İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. 33Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. 34Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 35Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» 36Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib 37belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 38Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı. 39Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!» 40O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! 41Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». 42Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» 43İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan». 44Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, 45günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. 46İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. 47Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. 48Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü. 49İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar. 50Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. 51O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. 52O, Pilatın yanına gedib İsanın cəsədini istədi. 53Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu. 54O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı. 55İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. 56Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.

Did you know?
Trial, Cross, and Burial
- Pontius Pilate, identified by Easton's Bible Dictionary (1897) as the sixth Roman procurator of Judea (A.D. 26–36), kept his headquarters at Caesarea but often went up to Jerusalem. The council’s accusations in this chapter are political: that Jesus was subverting the nation, forbidding the payment of taxes to Caesar, and proclaiming himself Christ, a king.Sources: Pontius Pilate · the Bible text itself
- When Pilate learned that Jesus was a Galilean and under Herod’s jurisdiction, he sent him to Herod Antipas, a son of Herod by Malthace, who was then in Jerusalem. Herod had long wanted to see Jesus and hoped for a miracle, but Jesus did not answer his questions. After Herod and his soldiers mocked Jesus and dressed him in a fine robe, they sent him back, and that day Herod and Pilate, who had been enemies, became friends.Sources: Herod Antipas · the Bible text itself
- The place of crucifixion is called The Skull; a Latin form, Calvaria, translated the Greek Kranion, which rendered the Hebrew Gulgoleth. It probably took this name from its shape, a low, rounded, bare rise somewhat like a human skull, and Scripture nowhere calls it a hill. The crucifixion took place outside the city walls and near a public road.Sources: Skull · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Galilee · 32.760, 35.527 · verses 5, 6, 7, 49, 55
- Jerusalem · 31.777, 35.234 · verses 5, 7, 19, 28
- Judea · Today: Judea 1 · 31.777, 35.234 · verses 5, 51
- Cyrene · 32.821, 21.851 · verse 26
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org