Jeremiah 14
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Qılınc, aclıq, vəba
1Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.
2«Yəhuda yas tutur,
Onun şəhər darvazaları qəmli görünür.
Adamlar qara geyinmişlər,
Yerusəlimin fəryadı ucalmışdır.
3Əyanlar nökərlərini su dalınca göndərir,
Onlar isə quyu yanına gəlib
Su tapmır,
Boş qablarla geri dönürlər,
Utanıb xəcalət çəkərək
Başlarını örtürlər.
4Ölkədə yağış olmadığı üçün
Torpaq cadar-cadar oldu.
Əkinçilər utanır,
Başlarını örtür.
5Hətta çöldəki maral da
Balasını doğub tərk edir,
Çünki ot yoxdur.
6Vəhşi eşşəklər çılpaq təpələrdə durub,
Çaqqal kimi tez-tez nəfəs alır.
Onların gözləri korlaşır,
Çünki otlaq yoxdur».
7Ya Rəbb, hərçənd təqsirlərimiz
Bizə qarşı şəhadət edir,
Sən Öz adından ötrü səy göstər.
Çünki dəfələrlə dönüklük etmiş,
Sənə qarşı günah etmişik.
8Ey İsrailin Ümidgahı,
Məşəqqət zamanı Xilaskarı!
Nə üçün Sən bu torpaqda bir qərib,
Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?
9Nə üçün çaşmış adam,
Qurtarmağa gücü çatmayan
İgid kimi olmusan?
Ancaq Sən aramızdasan, ya Rəbb.
Biz Sənə məxsusuq,
Bizi tərk etmə.
10Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».
11Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə. 12Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».
13Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”». 14Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır. 15Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq. 16Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.
17Onlara bu sözü söylə:
“Qoy gözlərim gecə-gündüz
Dayanmadan yaş töksün.
Çünki bakirə qıza bənzəyən əziz xalqım
Ağır bir yara aldı,
Şiddətli bir zərbə yedi.
18Çölə çıxıram,
Qılıncla öldürülənləri görürəm,
Şəhərə girirəm,
Aclıqdan üzülənləri görürəm.
Çünki peyğəmbər də, kahin də
Bixəbər olaraq ölkəni dolaşır”».
19Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən?
Məgər Siona nifrət edirsən?
Niyə bizi elə vurdun ki,
Sağaltmaq mümkün olmasın?
Sülh gözlədik, amma xeyir gəlmədi.
Şəfa vaxtını gözlədik,
Ancaq dəhşət gəlir.
20Ya Rəbb, pisliyimizi,
Atalarımızın təqsirkarlığını bilirik.
Çünki Sənə qarşı günah etdik.
21Öz adın naminə bizdən imtina etmə,
Öz izzətli taxtını alçaltma.
Bizimlə olan əhdini pozma, yada sal.
22Millətlərin bütləri arasında
Yağış yağdıra biləni varmı?
Göylər leysan tökə bilərmi?
Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız?
Ümidimiz Sənədir.
Çünki bütün bu şeyləri Sən etdin.

Did you know?
The Great Drought and False Prophets
- The chapter opens with a description of a severe drought across Judah, depicting servants sent by nobles to find water only to return with dry jars, while farmers cover their heads in despair over the cracked soil.Sources: the Bible text itself
- Jeremiah laments the influence of false prophets in Jerusalem who assured the people of peace and immunity from disaster, though God states He did not send them and that sword and famine would consume them.Sources: the Bible text itself · Jeremiah · Jerusalem
- In his plea for the stricken land, Jeremiah highlights that worthless foreign idols cannot produce rain, affirming that only the God of Israel has the power to send showers and fulfill His covenant.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org