Jeremiah 13
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Kətan qurşaqla müqayisə
1Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». 2Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. 3Mənə yenə Rəbbin sözü nazil oldu: 4«Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». 5Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. 6Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». 7Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.
8O zaman mənə Rəbbin bu sözü nazil oldu: 9«Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. 10Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. 11Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
12Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” 13O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. 14Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».
Əsarət barədə xəbərdarlıq
15Eşidin və qulaq asın,
Qürurlu olmayın,
Çünki Rəbb belə söylədi.
16Nə qədər ki qaranlıq çökdürməyib,
Zülmət dağlarında ayaqlarınız büdrəməyib,
Allahınız Rəbbi izzətləndirin.
Siz işıq gözləyirsiniz,
Amma Rəbb onu ölüm kölgəsinə çevirər,
Dərin zülmətə döndərər.
17Ancaq siz ona qulaq asmasanız,
Gözlərim acı-acı yaş tökəcək,
Göz yaşları sel kimi axacaq.
Çünki Rəbbin sürüsünü
Sürgün etdilər.
18Padşaha və onun anasına söylə:
«Taxtınızdan enin,
Çünki şərəf tacınız başınızdan düşdü».
19Negev şəhərlərinin darvazaları bağlandı,
Açan yoxdur.
Bütün Yəhuda sürgün edildi,
Hamı sürgün edildi.
20Başınızı qaldırıb
Şimaldan gələnləri görün.
Sənə verilən sürü,
Sənin gözəl sürün haradadır?
21Rəbb müttəfiq kimi hazırladığın adamları
Sənə hakim qoyanda nə deyəcəksən?
Məgər doğan qadının çəkdiyi sancı kimi
Səni də ağrı tutmayacaqmı?
22Əgər ürəyində
«Bütün bunlar nə üçün başıma gəldi» desən,
Bil ki, günahının çoxluğundan
Ətəklərin qaldırıldı və zorlandın.
23Kuşlu öz dərisini,
Bəbir öz xallarını dəyişdirə bilərmi?
Pislik etməyə alışmış
Siz də yaxşılıq edə bilməzsiniz.
24«Bundan ötrü səni çöl küləyi ilə
Sovrulan saman çöpü kimi səpələyəcəyəm.
25Sənə düşən püşk,
Mənim sənə ayırdığım pay budur»
Rəbb belə bəyan edir.
«Çünki Məni unutdun,
Yalana güvəndin.
26Bundan ötrü Mən də sənin ətəklərini
Üzünə qaldıracağam ki,
Ayıbın görünsün.
27Çöldəki təpələr üzərində
Gördüyün iyrənc işləri,
Zinakarlığını, şəhvətlə kişnəməyini,
Həyasız əxlaqsızlığını gördüm.
Vay halına, ey Yerusəlim!
Sən nə vaxta qədər
Təmizlənə bilməyəcəksən?»

Did you know?
The Ruined Linen Sash and the Threat of Exile
- Jeremiah is commanded to bury a new linen loincloth in a crevice of the rocks at Perath, the Hebrew name for the Euphrates River. When retrieved after many days, the rotted, useless cloth served as a dramatic symbol of how God would ruin the pride of Judah and Jerusalem.Sources: the Bible text itself · Euphrates
- The prophecy warns that disaster would reach even the cities of the Negev, the arid region stretching across Judah's southern frontier on the route toward Egypt. The locking of these southern towns indicated that escape routes were cut off and that total exile was approaching.Sources: the Bible text itself · Negeb
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Euphrates · Today: Euphrates River · 31.004, 47.442 · verses 4, 5, 6, 7
- Jerusalem · 31.777, 35.234 · verses 9, 13, 20, 27
- Negeb · 31.245, 34.841 · verse 19
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org