Isaiah 66
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Mühakimə və ümid
1Rəbb belə deyir:
«Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün harada ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
2Çünki bütün bunları Mənim əlim yaratdı,
Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir.
«Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana,
Sözümün önündə titrəyənə nəzər salaram.
3Buğa kəsən şəxs adam öldürən kimidir,
Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir,
Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir,
Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir.
Onlar öz yolları ilə gedir,
İyrənc işlərindən həzz alır.
4Mən də onları çətinliyə düçar edəcəyəm,
Qorxduqları bəlanı başlarına gətirəcəyəm.
Çünki Mən çağıranda onlardan cavab almadım,
Danışanda qulaq asmadılar,
Gözümdə pis olanı etdilər,
Mənə məqbul olmayanı seçdilər».
5Ey Rəbbin sözü önündə titrəyənlər,
Onun dediklərini eşidin:
«Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız
“Qoy Rəbb izzətini göstərsin,
Biz də görək, necə sevinərsiniz” deyirdilər.
Amma onlar rüsvay olacaq.
6Şəhərdən nərələr,
Məbəddən bir səs eşidilir!
Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.
7Bir qadın ağrı çəkmədən,
Sancısı tutmadan bir oğlan uşağı doğdu.
8Belə bir şey eşidən olubmu?
Belə şeyləri kim görüb?
Bir gündə ölkə yarana bilərmi?
Bir anda millət doğula bilərmi?
Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
9Mən doğuş anınadək gətirib
Doğmağa güc vermərəmmi?» deyir Rəbb.
«Doğuş üçün güc verən Mən
Bətni bağlayarammı?» deyir Allahın.
10«Yerusəlimlə birgə sevinin,
Ey onu sevənlər, hamınız onun üçün şadlanın.
Ey Yerusəlim üçün yas tutanlar,
Onunla birgə cuşa gəlin, fərəhlənin!
11Siz ananız Yerusəlimin döşlərini əmib
Təsəlli tapacaqsınız, doyacaqsınız,
Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».
12Rəbb belə deyir:
«Budur, Mən əmin-amanlığı bir çay tək,
Millətlərin sərvətini daşqın sel kimi
Ona sarı axıdacağam.
Siz ondan bəslənəcəksiniz,
Qucağında daşınacaqsınız,
Dizlərində oxşanacaqsınız.
13Övladına təsəlli verən bir ana tək
Mən sizə təsəlli verəcəyəm.
Yerusəlimdə təsəlli tapacaqsınız.
14Bunları görüb ürəyiniz sevinəcək;
Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək.
Hər kəs biləcək ki,
Rəbbin qoruyucu əli qullarının,
Qəzəbi isə düşmənlərinin üstündədir».
15Budur, Rəbb odla gəlir,
Onun döyüş arabaları qasırğa tək gəlir.
Şiddətli qəzəbini, məzəmmətini
Alov kimi tökməyə hazırdır.
16Rəbb bütün bəşəri odla,
Qılıncı ilə mühakimə edəcək,
Çoxlarını məhv edəcək.
17«Bağlara girmək üçün
Özlərini təqdis edib pak edənlər,
Mərkəzdə duranın ardınca gedərək
Donuz, siçan və digər murdar heyvanların
Ətini yeyənlərin hamısı məhv olacaq»
Rəbb bəyan edir.
18«Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. 19Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. 20İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək. 21Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
22«Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa,
Nəsliniz və adınız da elə qalacaq»
Rəbb bəyan edir.
23«Hər Təzə Ay mərasimində, hər Şənbə günündə
Bütün bəşər gəlib qarşımda səcdə edəcək».
Rəbb deyir.
24«Onlar eşiyə çıxanda
Mənə qarşı üsyankar olanların meyitlərini görəcək.
Meyitləri yeyən qurd ölməyəcək,
Onları yandıran alov sönməyəcək.
Bütün bəşər onlardan iyrənəcək».

Did you know?
True Worship and the Gathering of Nations
- Isaiah opens this final chapter declaring that heaven is God's throne and earth His footstool, meaning no human building can contain Him. Instead, God values those who are humble and contrite in spirit and who tremble at His word, contrasting this disposition with ritual sacrifices made without genuine devotion.Sources: the Bible text itself
- The prophetic vision mentions messengers sent to far-flung regions, including Tarshish, the archers of Lud, Tubal, and Javan, which was the generic Hebrew designation for the Greek world. People from these distant coastlands and nations are depicted journeying to Jerusalem to witness God's glory.Sources: the Bible text itself · Tarshish · Lud · Javan
- The closing section describes enduring new heavens and a new earth where all humanity comes to worship regularly from one Sabbath and New Moon to the next. In an unexpected development, God announces that He will select some from among these gathered nations to serve as priests and Levites.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Jerusalem · 31.777, 35.234 · verses 7, 10, 12, 13, 20
- Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 8
- Javan · Today: Ionia · 38.200, 27.500 · verse 19
- Lud · Today: Lydia · 38.488, 28.040 · verse 19
- Meshech · Today: about 200 km around Gordion · 39.655, 31.994 · verse 19
- Tubal · Today: Tabal · 37.296, 36.254 · verse 19
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org