Isaiah 65
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Dikbaşlar cəza çəkəcək
1«Məni soruşmayanlara Mən zühur etdim,
Məni axtarmayanlar tərəfindən tapıldım.
Adımı çağırmayan millətə dedim:
“Buradayam! Buradayam!”
2Pis yolla gedən,
Öz düşüncələri ilə hərəkət edən
Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.
3O xalq ki bağlarda qurban kəsərək,
Kərpiclərin üstündə buxur yandırıb
Gözüm önündə daima Məni təhqir edir,
4Qəbiristanlıqda oturub
Gizli yerlərdə gecələyir,
Donuz əti yeyir,
Qablarında haram ət qaynadır.
5Onlar bir-birinə deyir: “Uzaq dur,
Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”.
Belələri burnuma tüstü,
Bütün gün yanan alovdur.
6Budur, qarşımda bunlar yazılıb:
Mən susmayacağam,
Ancaq onların əvəzini verəcəyəm,
Əməllərini başlarına çevirəcəyəm.
7Onların da, atalarının da qəbahətlərinin cəzasını
Onlara çəkdirəcəyəm».
Rəbb deyir.
«Dağların başında buxur yandırdıqlarına görə,
Təpələrin başında Mənə küfr etdiklərinə görə
Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».
8Rəbb deyir:
«Üzüm salxımında şirə tapıldığına görə deyirlər:
“Salxımı xarab etməyin, içində bərəkət var”.
Mən də qullarımın xatirinə belə edərəm ki,
Onların hamısı məhv olmasın.
9Yaqubdan törəyənlərin sayını artıracağam,
Yəhuda nəslindən dağlarıma varis çıxacaq,
Seçilmiş xalqım oranı irs alacaq.
Mənim qullarım orada məskunlaşacaq.
10Məni axtaran xalqım üçün
Şaron sürülərin otlağı,
Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.
11Lakin sizlər – Rəbbi tərk edənlər,
Müqəddəs dağımı unudanlar,
Tale allahına süfrə açanlar,
Qismət allahına camlarda şərab təqdim edənlər,
12Mən də sizi qılınca qismət edəcəyəm,
Hamınız qırılmaq üçün diz çökəcəksiniz.
Çünki Mən çağıranda sizdən cavab almadım,
Danışanda qulaq asmadınız.
Gözümdə pis olanı etdiniz,
Mənə məqbul olmayanı seçdiniz».
13Buna görə də Xudavənd Rəbb belə deyir:
«Qullarım yeyəcək, sizsə ac qalacaqsınız,
Qullarım içəcək, sizsə susayacaqsınız,
Qullarım sevinəcək, sizsə utanacaqsınız.
14Qullarım şadlanıb mədhiyyələr söyləyəcək,
Sizsə ürək ağrısından qışqıracaqsınız,
Kədərli ruhla fəryad edəcəksiniz.
15Sizin adınız seçilmiş xalqımın
Ağzında ancaq lənət kimi qalacaq.
Xudavənd Rəbb sizi öldürəcək,
Öz qullarına isə başqa ad verəcək.
16Ölkədə kim xeyir-dua istəsə,
Sadiq Allahdan diləyəcək.
Ölkədə kim and içsə,
Sadiq Allahın adı ilə and içəcək.
Çünki keçmiş əziyyətlər unudulub
Gözümün önündən yox olacaq.
Yeni yer, yeni göylər
17Budur, Mən yeni göylər və yeni yer yaradıram.
Əvvəlki işlər bir daha xatırlanmayacaq,
Heç yada düşməyəcək.
18Yaratdığımla əbədilik sevinin, şadlanın.
Çünki sevinc üçün yeni Yerusəlimi,
Sakinlərini xoşbəxtlik üçün yaradacağam.
19Mən Yerusəlim üçün sevinəcəyəm,
Xalqım üçün şadlanacağam.
Orada nə ağlaşma, nə fəryad səsi
Bir daha eşidilməyəcək.
20Uşaqlar artıq körpə çağlarında ölməyəcək,
Uzun ömür sürməyən qoca olmayacaq,
Yüz yaşında ölənlər cavan sayılacaq,
Yüz yaşına çatmayanlar lənətli sayılacaq.
21Onlar evlər tikib orada məskunlaşacaq,
Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.
22Tikdikləri evdə özgələr yaşamayacaq,
Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək.
Çünki xalqım ağaclar tək uzun ömür sürəcək,
Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.
23Onlar boş yerə əlləşməyəcək,
Övladları bəlalarla üzləşməyəcək.
Çünki özləri də, övladları da,
Rəbbin xeyir-dualı nəsli olacaq.
24Onlar Məni çağırmamışdan
Mən onlara cavab verəcəyəm,
Onlar hələ danışarkən Mən eşidəcəyəm.
25Qurdla quzu bir yerdə otlayacaq,
Şir buğa tək saman yeyəcək,
İlanın yediyi torpaq olacaq.
Müqəddəs dağımın heç bir yerində
Heç kimə zərər dəyməyəcək,
Heç bir kəs o birisini məhv etməyəcək».
Rəbb belə deyir.

Did you know?
Judgment, Renewal, and New Creation
- The prophecy mentions Sharon, a fertile plain between the Mediterranean Sea and the hills west of Jerusalem, alongside the Valley of Achor near Jericho. Named after the trouble caused by Achan, the Valley of Achor was proverbial for calamity, but Isaiah foretells that it will become a peaceful resting place for herds.Sources: the Bible text itself · Saron · Valley of Achor
- The chapter rebukes those who abandoned God to engage in illicit cultic practices, such as offering sacrifices in gardens, sitting among graves, eating pork, and spreading ritual tables of food and mixed wine for Fortune and Destiny.Sources: the Bible text itself
- Isaiah foretells the creation of new heavens and a new earth, where Jerusalem is transformed into a place of joy without weeping. The passage describes a secure future where people build houses they actually inhabit, plant vineyards to enjoy their fruit, and live out full lifespans compared to the longevity of trees.Sources: the Bible text itself · Jerusalem
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org