Isaiah 19
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Allahın Misirə cəza verməsi
1Misir barədə xəbərdarlıq:
Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir.
Misir bütləri Onun qarşısında titrəyir,
Misirlilərin ürəkləri qorxudan əriyir.
2Rəbb deyir:
«Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam,
Qardaş qardaşla, qonşu qonşu ilə,
Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam.
Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan,
Ruhçağıranlardan məsləhət istəyəcək.
4Misirliləri qəddar bir sahibə təslim edəcəyəm,
Qüvvətli padşah üzərlərində hökm sürəcək».
Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
5Nilin suları azalacaq,
Çay çəkilib quruyacaq.
6Çaylar iylənəcək,
Misirin arxları boşalıb quruyacaq,
Qamışlar və qarğılar çürüyəcək.
7Nil kənarında, çayın qırağındakı qarğılar,
Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq,
Nilə tilov atanların hamısı ağlayacaq,
Suya tor salanlar kədərlənəcək.
9İncə kətan üzərində işləyənlər,
Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10Misirin sütunları qırılacaq,
Bütün muzdlu işçilər ruhdan düşəcək.
11Soan şəhərinin başçıları necə də axmaqdır!
Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir.
Onlar firona necə: «Mən müdriklərin,
Qədim padşahların nəslindənəm!» deyə bilər?
12Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır?
Qoy sənə bildirsinlər
Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13Soan başçıları axmaq oldu,
Nof rəisləri aldandı,
Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14Rəbb onların ağlını çaşdırdı.
Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə,
Misir də öz əməllərində belə dolaşır.
15Misirdə heç kim heç bir iş görə bilməyəcək:
Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
Misir Rəbbə tərəf dönəcək
16O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. 17Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq.
19O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək. 20Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq. 21Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək. 22Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23O gün Misirdən Aşşura böyük yol olacaq.
Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək.
Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. 25Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».

Did you know?
The Prophecy Concerning Egypt
- Zoan (known to the Greeks as Tanis) in the Nile Delta and Memphis (called Noph in Hebrew) were major administrative capitals and centers of leadership in ancient Egypt. Isaiah singles out the counselors of these royal cities to highlight the failure of Egyptian wisdom.Sources: Zoan · Memphis · the Bible text itself
- The economic judgment described in the chapter targets the Nile, the river essential to Egypt's survival. The drying of its waters and canals directly threatened agriculture, fishing, and key manufacturing trades such as flax farming and linen weaving.Sources: Nile · the Bible text itself
- The oracle concludes by envisioning an international highway linking the great imperial rivals, Egypt and Assyria, alongside Israel. Instead of perpetual war, these ancient empires are portrayed as worshiping together and sharing in divine blessing.Sources: Assyria · Egypt · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Egypt · 30.129, 31.308 · verses 1, 2, 3, 4, 6, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25
- Nile · Today: Nile River · 31.465, 30.367 · verses 5, 6, 7, 8
- Zoan · Today: Tanis · 30.977, 31.880 · verses 11, 13
- Memphis · 29.849, 31.253 · verse 13
- Canaan · 32.767, 35.333 · verse 18
- Assyria · 36.359, 43.153 · verses 23, 24, 25
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org