Ezekiel 33
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Rəbb Yezekeli xalqa gözətçi qoyur
1Mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, xalqına mənsub olanlara belə söylə: “Deyək ki Mən bir ölkənin üstünə qılınc göndərəndə həmin ölkə xalqı arasından bir nəfəri seçib özü üçün gözətçi qoyur. 3Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini görəndə şeypur çalıb xalqa xəbərdarlıq edir. 4O zaman kim şeypur səsini eşidib xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün məsuliyyətini özü daşıyır. 5O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa diqqət etməmişdir, buna görə də ölümünün məsuliyyətini özü daşıyır. Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas edərdi. 6Lakin gözətçi gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə və qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə öldürülmüşdür, ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə qoyaram.
7Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. 8Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. 9Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan”.
10Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox oluruq. Belə halda necə yaşaya bilərik?” 11Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
12Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz. 13Saleh adama ‹əlbəttə, yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək. 14Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə – 15girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq. 16Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”.
17Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. Halbuki onların öz yolları düz deyil. 18Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü öləcək. 19Pis adam öz pisliyindən dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə yaşayacaq. 20Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə mühakimə edəcəyəm, ey İsrail nəsli!»
Yerusəlimin süqut xəbəri
21Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi». 22O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.
23Onda mənə Rəbbin bu sözü nazil oldu: 24«Ey bəşər oğlu, İsrailin xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”. 25Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi? 26Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?”
27Onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak olacaq. Çöldə qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda və mağaralarda olanlar vəbadan öləcək. 28Ölkəni xaraba və sakinsiz qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə keçməyəcək. 29Etdikləri bütün iyrənc işlərdən ötrü ölkəni xaraba və sakinsiz qoyduğum zaman biləcəklər ki, Rəbb Mənəm.
30Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar divarların dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə deyirlər: ‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›. 31Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir. 32Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı bir çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər. 33Lakin bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa düşəcəklər”».

Did you know?
The Watchman and the Fall of Jerusalem
- In ancient times, a watchman stationed on a city wall was tasked with blowing a ram's horn to warn residents of an approaching enemy. Ezekiel was appointed as a spiritual watchman for Israel, charged with warning the people so that each individual would be held personally accountable before God for their response.Sources: the Bible text itself
- In the twelfth year of the Babylonian exile, a fugitive arrived from Jerusalem with the report that the city had fallen. The evening prior to the messenger's arrival, God ended Ezekiel's muteness, enabling him to speak freely once again to the community of exiles.Sources: the Bible text itself · Jerusalem
- Survivors living among the ruins in the land of Israel claimed their right to the land by appealing to Abraham, arguing that if one man inherited the land, they as a multitude certainly would. Ezekiel countered that their continued idolatry, bloodshed, and injustice disqualified them from possessing it.Sources: the Bible text itself · Abraham
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Jerusalem · 31.777, 35.234 · verse 21
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org