Nations Bible

Ezekiel 32

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Firon üçün mərsiyə

1Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə:

“Millətlər içində özünü cavan bir aslana bənzətdin,

Amma sən bir dəniz əjdahası kimisən.

Çayları qarışdırırsan,

Ayaqlarınla suları çalxalayıb

Çayları bulandırırsan”.

3Xudavənd Rəbb belə deyir:

“Çoxlu xalqdan ibarət bir qoşun göndərib

Torumu üstünə atacağam.

Onlar səni torumla dartıb çıxaracaq.

4Səni quruya çıxaracağam,

Çölün üzünə atacağam,

Göydəki quşları üstünə qonduracağam.

Yer üzünün vəhşi heyvanlarını

Səninlə doyduracağam.

5Bədənini dağların üstünə sərəcəyəm,

Dərələri leşinlə dolduracağam.

6Ölkəni dağlara qədər axan qanınla sulayacağam,

Vadilər meyitinlə dolacaq.

7Səni məhv etdiyim zaman

Göyləri bağlayacağam,

Ulduzları qaraldacağam,

Günəşi buludla örtəcəyəm,

Ay işığını verməyəcək.

8Sənin üzərində nur saçan

Bütün səma cisimlərini qaraldacağam,

Ölkəni qaranlığa qərq edəcəyəm”

Xudavənd Rəbb belə bəyan edir.

9“Sənin məhv olmaq xəbərini,

Millətlərin arasına,

Tanımadığın ölkələrə çatdırdığım zaman

Bir çox xalqların ürəyini kədərləndirəcəyəm.

10Sənin başına gələnlərlə

Bir çox xalqı heyrətə salacağam.

Onların önündə qılıncımı yellədiyim zaman

Sənə görə padşahlarının tükləri biz-biz olacaq.

Yıxıldığın gün

Onların hamısı öz canları üçün

Durmadan qorxu içində titrəyəcək”.

11Xudavənd Rəbb belə deyir:

“Babil padşahının qılıncı sənin üstünə gələcək.

12İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri

Sənin xalqını qılıncdan keçirsin.

Onlar Misirin qürurunu qıracaqlar,

Bütün ordusunu məhv edəcəklər.

13Bol suların yanında otlayan

Bütün mal-qaranı yox edəcəyəm.

Bundan sonra insan ayağı da, heyvan ayağı da

Suları qarışdırıb bulandırmayacaq.

14O zaman onların sularını duruldacağam,

Çaylarını yağ kimi axıdacağam”

Xudavənd Rəbb belə bəyan edir.

15“Misiri xarabalığa çevirəndə,

Ölkəni hər şeydən məhrum edəndə,

Orada yaşayan hər kəsi məhv edəndə

Biləcəklər ki, Rəbb Mənəm”.

16Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir».

17Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu: 18«Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir. 19Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”. 20Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin. 21Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”.

22Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. 23Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür.

24Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular. 25Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular.

26Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. 27Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar.

28Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan.

29Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar.

30Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar.

31“Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. 32“Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir».

Did you know?

A Funeral Dirge for Egypt and Fallen Empires

  • Ezekiel presents a visionary lament where Egypt descends into the underworld (Sheol or the Pit) to join a gathering of fallen powers. Among them are Assyria, Elam from east of Babylonia, Meshech and Tubal from the northern regions, and Edom, all depicted in their graves after once dominating the ancient world.Sources: the Bible text itself · Elam · Meshech · Edom
  • The poem reflects ancient martial burial practices, mentioning elite warriors entombed with full honors, their swords laid beneath their heads and shields resting upon their bones, in contrast to those dying in disgrace.Sources: the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Egypt · 30.129, 31.308 · verses 2, 12, 14, 15, 16, 18, 19, 20, 21, 28
  • Babylon · 32.543, 44.422 · verse 11
  • Assyria · 36.359, 43.153 · verse 22
  • Elam · 32.189, 48.258 · verses 24, 25
  • Meshech · Today: about 200 km around Gordion · 39.655, 31.994 · verse 26
  • Edom · 30.746, 35.604 · verse 29

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.