Acts 20
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Troasda
1Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı. 2O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. 3Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi. 4Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi. 5Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər. 6Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq.
7Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi. 8Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı. 9Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi. 10Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır». 11Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı. 12Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar.
13Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı. 14O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik. 15Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik. 16Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.
Paul Efes cəmiyyətinin ağsaqqalları ilə vidalaşır
17Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. 18Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. 19Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. 20Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. 21Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım.
22İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. 23Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. 24Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
25İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. 26Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. 27Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. 28Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. 29Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. 30Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. 31Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın.
32İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir. 33Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. 34Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. 35Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim».
36Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. 37Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. 38Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.

Did you know?
Farewell on the way to Jerusalem
- Leaving Troas, Paul sent his companions ahead by ship and walked to Assos along the Roman road. Assos was a seaport of Proconsular Asia in Mysia, on the north shore of the Gulf of Adramyttium; the walk was about 20 miles, the sea route about 30, and the island of Lesbos lay about 7 miles offshore.Sources: the Bible text itself · Assos
- Paul sailed past Ephesus to avoid spending time in the province of Asia—the Roman province in western Asia Minor, with Ephesus as its capital—because he hoped, if possible, to reach Jerusalem by the day of Pentecost. He stopped at Miletus, a seaport and the ancient capital of Ionia about 36 miles south of Ephesus, and summoned the elders of the Ephesian church.Sources: the Bible text itself · Asia · Miletus
- Seven men traveled with him: Sopater of Berea, Aristarchus and Secundus of Thessalonica, Gaius of Derbe, Timothy, and Tychicus and Trophimus from Asia. Aristarchus of Thessalonica later shared Paul’s imprisonment in Rome, and Trophimus, an Ephesian, accompanied him on this part of the journey and was with him in Jerusalem.Sources: the Bible text itself · Aristarchus · Trophimus
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Macedonia · 41.600, 22.540 · verses 1, 3, 6
- Greece · 37.972, 23.727 · verse 2
- Syria · Today: Syria 2 · 33.511, 36.306 · verse 3
- Asia · 38.400, 28.300 · verses 4, 16, 18
- Berea · Today: Veria · 40.518, 22.200 · verse 4
- Thessalonica · Today: Thessaloniki · 40.638, 22.946 · verse 4
- Troas · Today: Alexandria Troas · 39.752, 26.159 · verses 5, 6
- Philippi · 41.012, 24.285 · verse 6
- Assos · 39.491, 26.337 · verses 13, 14
- Mitylene · Today: ancient theater at Mitylene · 39.110, 26.547 · verse 14
- Chios · 38.373, 26.137 · verse 15
- Miletus · 37.531, 27.276 · verses 15, 17
- Samos · 37.750, 26.833 · verse 15
- Trogyllium · Today: Cape Mycale · 37.659, 27.003 · verse 15
- Ephesus · 37.939, 27.341 · verses 16, 17
- Jerusalem · 31.777, 35.234 · verses 16, 22
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org