Nations Bible

Acts 19

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Efesdə

1Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. 2Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur». 3Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdilər: «Yəhyanın vəftizinə əsasən». 4Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı». 5Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular. 6Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. 7Onlar təxminən on iki kişi idi.

8Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı. 9Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi. 10Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.

11Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. 12Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. 13Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!» 14Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi. 15Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?» 16Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.

17Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü. 18İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. 19Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi. 20Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.

21Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm». 22Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.

Efesdəki qarışıqlıq

23O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. 24Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. 25O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. 26Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. 27Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».

28Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!» 29Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. 30Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar. 31Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. 32Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib. 33Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi. 34Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı. 35İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? 36Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. 37Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. 38Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. 39Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. 40Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik». 41O bu sözləri deyərək yığıncağı dağıtdı.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Paul, the Way, and Artemis in Ephesus

  • Ephesus was the capital of proconsular Asia, the Roman province covering the western part of Asia Minor, and in Roman times it bore the title of the first and greatest metropolis of Asia. The city was distinguished for the temple of Artemis, whom the Romans called Diana, built outside the walls and reckoned one of the seven wonders of the ancient world. At its center stood an ancient image of the goddess, reputed to have fallen from the sky.Sources: Ephesus · Diana · Asia
  • Demetrius, a silversmith at Ephesus, made silver shrines of Artemis, models of her temple or of her statue, which sold readily to visitors from all over Asia Minor. Acts says this trade was the craftsmen's source of prosperity, and that Demetrius warned them of danger to their business and to the honor of the temple of Artemis, the goddess he said was worshiped throughout the province of Asia and the whole world.Sources: Demetrius · the Bible text itself
  • The crowd rushed into the theatre of Ephesus, which Easton's Bible Dictionary (1897) describes as the largest in the world, open to the sky and able to hold 50,000 spectators. Friends of Paul among the chiefs of Asia, wealthy citizens elected each year to preside over the games and religious festivals of their cities, begged him not to go in. The city clerk then reminded the assembly that Ephesus was guardian of the temple of the great Artemis and of her image, said to have fallen from heaven.Sources: Ephesus · Asia · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Corinth · 37.906, 22.879 · verse 1
  • Ephesus · 37.939, 27.341 · verses 1, 17, 23, 26, 35
  • Asia · 38.400, 28.300 · verses 10, 22, 26, 27, 31
  • Achaia · 38.720, 22.540 · verse 21
  • Jerusalem · 31.777, 35.234 · verse 21
  • Macedonia · 41.600, 22.540 · verses 21, 22, 29
  • Rome · 41.892, 12.485 · verses 21, 40

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.