1 Chronicles 7
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
İssakarın nəsilləri
1İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər. 2Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi. 3Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi. 4Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi. 5İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi.
Binyaminin nəsilləri
6Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər. 7Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi. 8Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi. 9Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi. 10Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar. 11Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi. 12İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.
Naftalinin nəsilləri
13Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi.
Menaşşenin nəsilləri
14Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir. 15Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi. 16Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi. 17Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır. 18Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu. 19Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.
Efrayimin nəsilləri
20Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat, 21onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər. 22Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi. 23Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi. 24Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi. 25Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan, 26onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama, 27onun oğlu Nun, onun oğlu Yeşua. 28Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri, 29həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı.
Aşerin nəsilləri
30Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. 31Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel. 32Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua. 33Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat. 34Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram. 35Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal. 36Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra, 37Beser, Hod, Şamma, Şilşa, İtran və Beera. 38Yeterin oğulları: Yefunne, Pispa və Ara. 39Ullanın oğulları: Arah, Xanniel və Risya. 40Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.

Did you know?
Genealogies of the Northern Tribes
- The genealogy of Ephraim highlights a woman named Sheerah, who is credited with building Upper and Lower Beth-horon as well as Uzzen-sheerah. These strategic settlements were situated along the mountain pass leading down toward the coastal plain.Sources: Beth-horon · Uzzen-sheerah · the Bible text itself
- A brief narrative recounts that Ephraim's sons Ezer and Elead were killed by the natives of Gath during an attempt to steal livestock. Ephraim mourned their loss for many days before his relatives came to comfort him, and his next son was named Beriah because of the tragedy.Sources: Gath · the Bible text itself
- The chapter traces the lineage of Ephraim down to Joshua the son of Nun, placing the prominent leader of the conquest within his tribal ancestry alongside figures such as Elishama and Ammihud.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Lower Beth-horon · Today: Beit Ur al Tahta · 31.895, 35.084 · verse 24
- Upper Beth-horon · Today: Beit Ur al Fauqa · 31.886, 35.114 · verse 24
- Gezer · Today: Tel Gezer · 31.859, 34.919 · verse 28
- Shechem · Today: Tell Balatah · 32.214, 35.282 · verse 28
- Megiddo · Today: Tel Megiddo · 32.585, 35.184 · verse 29
- Taanach · Today: Tell Ta’anakh · 32.522, 35.219 · verse 29
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org