Nations Bible

1 Chronicles 6

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Levinin nəsilləri

1Levinin oğulları: Gerşon, Qohat və Merari. 2Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 3Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.

4Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. 5Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. 6Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. 7Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. 8Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. 9Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. 10Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. 11Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. 12Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. 13Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. 14Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. 15Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.

16Levinin oğulları: Gerşon, Qohat və Merari. 17Gerşonun oğullarının adları belədir: Livni və Şimey. 18Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 19Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. 20Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, 21onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. 22Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, 23onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, 24onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. 25Elqananın oğulları: Amasay, Aximot və Elqana. 26Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat, 27onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. 28Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. 29Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, 30onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.

Rəbbin evində olan musiqiçilər və kahinlər

31Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. 32Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. 33Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu 34Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu 35Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu 36Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu 37Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu 38İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu. 39Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu 40Mikael oğlu Baaseya oğlu Malkiya oğlu 41Etni oğlu Zerah oğlu Adaya oğlu 42Etan oğlu Zimma oğlu Şimey oğlu 43Yaxat oğlu Gerşon oğlu Levi oğlu. 44Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu 45Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu 46Amsi oğlu Bani oğlu Şemer oğlu 47Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu. 48Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.

49Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. 50Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua, 51onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, 52onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, 53onun oğlu Sadoq, onun oğlu Aximaas.

Levililərə verilən şəhərlər

54Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara 55Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. 56Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər. 57Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, 58Xilenlə otlaqları, Devirlə otlaqları, 59Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları, 60Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.

61Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. 62Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. 63Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. 64İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. 65Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.

66Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 67Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, 68Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, 69Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. 70Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.

71Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, 72İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, 73Ramotla otlaqları, Anemlə otlaqları, 74Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, 75Xuqoqla otlaqları, Rexovla otlaqları, 76Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.

77Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, 78Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, 79Qedemotla otlaqları, Mefaatla otlaqları, 80Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, 81Xeşbonla otlaqları, Yazerlə otlaqları.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The Lineage and Duties of the Tribe of Levi

  • The genealogy of the high priests in this chapter spans from Aaron and his son Eleazar through Zadok down to Jehozadak, who went into captivity when Nebuchadnezzar exiled the people of Judah and Jerusalem.Sources: the Bible text itself · Aaron · Eleazar
  • King David organized the sanctuary music by appointing leaders from the three main branches of Levi: Heman representing the Kohathites, Asaph from the Gershonites, and Ethan from the Merarites.Sources: the Bible text itself · Kohath · Gershon · Merari
  • Rather than receiving a single large region like the other tribes, the Levites were assigned specific fortified cities, refuge centers, and surrounding pasturelands scattered throughout all the tribal territories of Israel.Sources: the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verses 10, 15, 32
  • Most Holy Place · Today: on Mount Moriah · 31.778, 35.236 · verse 49
  • Hebron · Today: Tel Rumeida · 31.525, 35.102 · verses 55, 57
  • Jattir · Today: Khirbet Attir · 31.352, 35.016 · verse 57
  • Gibeon · Today: El Jib · 31.847, 35.183 · verse 60
  • Bashan · 32.781, 35.935 · verses 62, 71
  • Jordan · Today: Jordan River · 31.761, 35.558 · verses 62, 78
  • Gezer · Today: Tel Gezer · 31.859, 34.919 · verse 67
  • Shechem · Today: Tell Balatah · 32.214, 35.282 · verse 67
  • Beth-horon · Today: Beit Ur al Tahta · 31.895, 35.084 · verse 68
  • Galilee · 32.760, 35.527 · verse 76
  • Jokneam · Today: Tel Yokneam · 32.664, 35.108 · verse 77
  • Rimmono · Today: Rumana · 32.788, 35.311 · verse 77
  • Jericho · Today: Tell es Sultan · 31.872, 35.445 · verse 78
  • Gilead · Today: Gilead 1 · 32.187, 35.692 · verse 80
  • Ramoth · Today: Tall er Rumeith · 32.500, 36.015 · verse 80

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.