Romanos 9
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Allahın İsraili seçməsi
1Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki, 2ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. 3Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim; 4bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. 5Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.
6Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. 7İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. 8Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. 9Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 10Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. 11Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. 13Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
14Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! 15Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». 16Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. 17Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». 18Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
Allahın qəzəbi və mərhəməti
19İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?» 20Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? 21Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin? 22Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik? 23Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin? 24O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı. 25Necə ki Huşənin kitabında deyilir:
«“Xalqım deyil” dediyimə
“Xalqımsan” deyəcəyəm,
“Sevdiyim deyil” dediyimə
“Sevdiyimsən” deyəcəyəm».
26«Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
27Yeşaya da İsrail barədə belə nida edir:
«İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə,
Ancaq sağ qalanları xilas olacaq.
28Çünki Rəbb yer üzündə hökmünü
Tam və tez yerinə yetirəcək».
29Yeşayanın qabaqcadan söylədiyi kimi:
«Əgər Ordular Rəbbi
Bizim xalqdan bir neçə
Sağ qalan adam qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik».
İsrailin imansızlığı
30Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər. 31Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi. 32Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər. 33Necə ki yazılıb:
«Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram.
Ona iman edən kəs utandırılmaz».

Você sabia?
Israel e os filhos da promessa
- Estes versículos argumentam que a palavra de Deus não falhou: nem todos os descendentes de Israel são Israel, e nem todos os descendentes de Abraão são filhos dele. Isaque foi o único filho de Abraão com Sara, e a promessa citada aqui segue essa linha: a descendência seria contada por meio de Isaque e, no tempo determinado, Sara teria um filho. O nome Sara, que significa princesa, foi dado quando se anunciou que ela seria a mãe do filho prometido.Fontes: o próprio texto bíblico · Isaac · Sarah
- O argumento passa então aos gêmeos de Rebeca, concebidos por um só homem, Isaque. Esaú, o primogênito, também foi chamado Edom, "vermelho", por causa do cozido de lentilhas vermelhas pelo qual vendeu o direito de primogenitura; Jacó, o mais novo, tem um nome que significa quem segue os calcanhares de outro, ou suplantador. Antes de os gêmeos nascerem ou de fazerem qualquer coisa boa ou má, foi dito a Rebeca que o mais velho serviria ao mais novo, e está escrito: "Amei Jacó, mas odiei Esaú".Fontes: o próprio texto bíblico · Esau (Edom) · Jacob (Israel)
- Isaías, filho de Amoz, é citado a respeito de um remanescente: ainda que os israelitas fossem como a areia do mar, só o remanescente seria salvo e, sem descendentes deixados pelo Senhor dos Exércitos, teriam ficado como Sodoma e semelhantes a Gomorra. Sodoma, cidade no vale de Sidim, foi destruída por fogo do céu, destruição que este capítulo recorda, e não se encontrou vestígio dela nem das outras cidades da planície. O capítulo termina com uma pedra de tropeço posta em Sião, a colina do sudeste de Jerusalém, que Davi tomou dos jebuseus, onde construiu uma cidadela e um palácio, e que se tornou a cidade de Davi.Fontes: o próprio texto bíblico · Isaiah · Sodom · Zion
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículo 33
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org