Romanos 16
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. 2Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib. 3Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 4Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın. 6Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin. 7Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın. 8Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin. 9Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın. 10Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın. 11Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın. 12Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın. 13Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin. 14Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın. 15Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin. 16Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir. 17Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 20Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun! 21Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir. 22Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm. 23Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 25Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; 26bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; 27o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.

Você sabia?
Saudações à igreja em Roma
- Paulo recomenda Febe, serva da igreja em Cencreia, e pede aos destinatários em Roma que a acolham e a ajudem no que for preciso, pois ela tem sido de grande ajuda para muita gente, inclusive para ele. Cencreia era o porto oriental de Corinto, cerca de nove milhas a leste da cidade e a saída do comércio com o litoral asiático do Mediterrâneo; o Easton's Bible Dictionary (1897) diz que ela provavelmente foi quem levou esta carta.Fontes: o próprio texto bíblico · Phebe · Cenchreae
- Paulo saúda Prisca e Áquila, seus colaboradores em Cristo Jesus, que arriscaram a vida por ele, e também a igreja que se reúne na casa deles; ele diz que não só ele, mas todas as igrejas dos gentios lhes são gratas. O Easton's Bible Dictionary (1897) a chama de Priscila e descreve Áquila como fabricante de tendas, natural do Ponto, que, com a esposa, deixou Roma por causa de um decreto de Cláudio, em 50 d.C., que ordenava a todos os judeus sair da cidade; o nome dela às vezes aparece antes do dele, como aqui.Fontes: o próprio texto bíblico · Priscilla · Aquila
- Perto do final, Tércio, que pôs a carta por escrito, acrescenta a própria saudação. Gaio, que hospedou Paulo e toda a igreja, também envia saudações, assim como Erasto, o tesoureiro da cidade, e Quarto.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org