Romanos 11
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Allahın seçdiyi xalq
1Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. 2Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: 3«Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 4Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 6Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
7Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 8Necə ki yazılıb:
«Allah onları dərin yuxuya saldı,
Onlara bu günədək görməyən gözlər,
Eşitməyən qulaqlar verdi».
9Davud da belə deyir:
«Süfrələri onlara tələ, tor,
Büdrəmə daşı və cəza olsun.
10Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri həmişə bükülü qalsın!»
Başqa millətlərin xilası
11Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. 12Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 14bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 15Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? 16Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa, 18o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 19O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 20Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 21Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək. 22Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 23Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 24Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
Bütün İsrail xilas olacaq
25Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. 26Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb:
«Qurtarıcı Siondan gələcək,
Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27«Günahlarını aradan qaldırdığım zaman
Mənim onlarla bağladığım Əhd budur».
28Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 29Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 30Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 31eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 32Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Allaha həmd
33Allahın zənginliyi nə böyük,
Hikməti və biliyi nə dərindir!
Onun hökmləri necə də ağlasığmaz,
Yolları necə də anlaşılmazdır!
34«Rəbbin ağlını kim dərk etdi?
Ona kim məsləhətçi oldu?»
35«Kim Ona bir şey verdi ki,
Əvəzini Ondan istəyə bilsin?»
36Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.

Você sabia?
Deus não rejeitou Israel
- O autor responde à própria pergunta chamando-se israelita, descendente de Abraão, da tribo de Benjamim. Abraão, filho de Terá, é chamado pai de uma multidão e herdeiro das promessas. Benjamim foi o filho mais novo de Jacó com Raquel, e no Êxodo sua tribo era a segunda menor.Fontes: o próprio texto bíblico · Abraham · Benjamin (patriarch)
- O autor cita o que a Escritura diz sobre Elias: ele apelou a Deus contra Israel, e a resposta divina foi que sete mil homens não haviam dobrado o joelho a Baal. Elias, o tesbita, entregou uma mensagem do Senhor a Acabe. Baal, o principal deus masculino dos fenícios, era a religião das dez tribos no tempo de Acabe, e o autor diz que, do mesmo modo, um remanescente é agora escolhido pela graça.Fontes: o próprio texto bíblico · Elijah · Baal
- O capítulo cita uma promessa de que o Libertador virá de Sião e removerá a impiedade de Jacó. Sião era o monte do sudeste de Jerusalém; quando Davi a tomou dos jebuseus, construiu ali uma cidadela e um palácio, e ela se tornou a cidade de Davi. Jacó também é chamado Israel, e o capítulo diz que, quanto ao evangelho, eles são inimigos por causa dos gentios, mas, quanto à eleição, são amados por causa dos patriarcas.Fontes: o próprio texto bíblico · Zion · Jacob (Israel)
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículo 26
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org