Nations Bible

Apocalipse 9

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

1Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. 2O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. 3Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. 4Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar. 5Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir. 6O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.

7Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi. 8Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi. 9Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi. 10Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər. 11Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi.

12Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.

13Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim. 14Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax». 15Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün. 16Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim. 17Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı. 18Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu. 19Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.

20Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. 21Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.

Você sabia?

O abismo, o destruidor e o Eufrates

  • Em Apocalipse 9, os gafanhotos são governados pelo anjo do Abismo, chamado Abadom em hebraico e Apoliom em grego. O Dicionário Bíblico de Easton (1897) explica o nome hebraico como destruição e o grego como destruidor, e sugere tomar a palavra como personificação da ideia de destruição ou como o Sheol, o reino dos mortos. Observa que o termo hebraico é traduzido como destruição em Jó e Provérbios, enquanto a Revised Version conserva Abaddon nas três últimas dessas passagens.Fontes: o próprio texto bíblico · Apollyon
  • Em Apocalipse 9, a sexta trombeta solta quatro anjos presos junto ao grande rio Eufrates. O Dicionário Bíblico de Easton (1897) registra o nome hebraico Perath, o assírio Purat e a forma persa em cuneiforme Ufratush, da qual vem o grego Eufrates; diz que o nome grego significa água doce e o assírio, a corrente ou a grande corrente. Nas Escrituras, o rio é muitas vezes apenas o rio ou o grande rio, citado como um dos rios do Paraíso e como limite da terra prometida aos descendentes de Abraão.Fontes: o próprio texto bíblico · Euphrates
  • Apocalipse 9 apresenta a quinta trombeta como o primeiro de três ais. Seus gafanhotos podem atormentar as pessoas por cinco meses com uma ferroada como a de um escorpião, mas não lhes é permitido matar. Passado esse ai, os cavalos vistos na sexta trombeta matam um terço da humanidade com o fogo, a fumaça e o enxofre que saem de suas bocas.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Euphrates · Hoje: Euphrates River · 31.004, 47.442 · versículo 14

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.