Nations Bible

Apocalipse 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Sarddakı cəmiyyət

1Sardda olan cəmiyyətin mələyinə yaz:

Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən. 2Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. 3Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.

4Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. 5Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm. 6Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Filadelfiyadakı cəmiyyət

7Filadelfiyada olan cəmiyyətin mələyinə yaz:

Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir: 8sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən. 9İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər. 10Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. 11Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.

12Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam. 13Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Laodikeyadakı cəmiyyət

14Laodikeyada olan cəmiyyətin mələyinə yaz:

Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir: 15sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! 16İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. 17Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan. 18Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. 19Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. 20Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.

21Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam. 22Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Cartas a Sardes, Filadélfia e Laodiceia

  • O capítulo 3 do Apocalipse reúne cartas a igrejas de três cidades da Ásia Menor. Sardes, a metrópole da Lídia, ficava à beira do rio Pactolo, ao pé do monte Tmolo. Filadélfia, nome que significa “amor fraternal”, ficava a cerca de vinte e cinco milhas a sudeste de Sardes; Laodiceia ficava junto ao Lico, onde a Frígia e a Lídia se encontram, a cerca de quarenta milhas a leste de Éfeso.Fontes: Sardis · Philadelphia · Laodicea · o próprio texto bíblico
  • Laodiceia chamou-se primeiro Dióspolis e depois Roas. Mais tarde recebeu o nome de Laodiceia por causa de Laódice, esposa de Antíoco II, rei da Síria, que a reconstruiu. O Easton's Bible Dictionary (1897) a apresenta como uma das cidades mais importantes e prósperas da Ásia Menor e como um antigo centro de destaque do cristianismo; na carta, diz-se que essa igreja afirma ser rica, ter enriquecido e não precisar de nada.Fontes: Laodicea · o próprio texto bíblico
  • A carta a Filadélfia fala de uma “sinagoga de Satanás” e de pessoas que se dizem judias, mas a quem ela chama de mentirosas. Satanás significa “adversário” ou “acusador”, e no Novo Testamento o nome é usado de modo intercambiável com o diabo.Fontes: Satan · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Sardis · 38.488, 28.040 · versículos 1, 4
  • Philadelphia · Hoje: Alaşehir · 38.350, 28.517 · versículo 7
  • Jerusalem · 31.777, 35.234 · versículo 12
  • Laodicea · Hoje: Laodicea on the Lycus · 37.836, 29.108 · versículo 14

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.