Apocalipse 16
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Allahın hiddətinin yeddi nimçəsi
1Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.
2Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi.
3İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu.
4Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. 5Onda mən sular mələyinin belə dediyini eşitdim:
«Ey Var Olan, Var Olmuş, Müqəddəs Olan,
Sən ədalətlisən ki, belə hökm çıxartdın.
6Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər.
Sən də onlara içmək üçün qan verdin.
Onlar buna layiqdir».
7Qurbangahdan gələn bir səs də eşitdim:
«Bəli, ey Külli-İxtiyar Rəbb Allah,
Sənin hökmlərin həqiqi və ədalətlidir».
8Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. 9Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.
10Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar 11və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.
12Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. 13Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. 14Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. 15Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» 16Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı.
17Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. 18Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. 19Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. 20Bütün adalar aradan qalxdı və dağlar yox oldu. 21Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.

Você sabia?
As sete taças da ira
- O nome Armagedom aparece somente em Apocalipse 16:16, onde os reis se reúnem para a batalha; a Revised Version inglesa grafa Har-Magedon. O Easton's Bible Dictionary (1897) diz que a palavra significa propriamente monte de Megido e a trata como nome simbólico desse campo de batalha, imagem sugerida pelo grande campo de batalha do Antigo Testamento, a planície de Esdrelão.Fontes: Armageddon · o próprio texto bíblico
- A sexta taça é derramada sobre o grande rio Eufrates, e a água seca para preparar o caminho dos reis do Oriente. O Easton's Bible Dictionary deriva o nome grego Eufrates do persa Ufratush, com o sentido de água doce, e observa que o nome assírio significa a corrente ou a grande corrente. Na Bíblia, esse rio muitas vezes é chamado simplesmente de o rio (Êxodo 23:31) ou de o grande rio (Deuteronômio 1:7).Fontes: Euphrates · o próprio texto bíblico
- Quando a sétima taça é derramada, o texto diz que Deus se lembrou da grande Babilônia. O Easton's Bible Dictionary identifica Babilônia como a forma grega de Babel, a partir do nome semítico Babilu, a Porta de Deus, cidade que ficava às margens do Eufrates, cerca de duzentas milhas acima do ponto em que o rio encontra o Tigre.Fontes: Babylon · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- East · Hoje: region around Amman · 31.955, 35.934 · versículo 12
- Euphrates · Hoje: Euphrates River · 31.004, 47.442 · versículo 12
- Babylon · Hoje: Rome · 41.892, 12.485 · versículo 19
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org